Azərbaycanla
Avropa İttifaqı arasında əməkdaşlığın
perspektivləri barədə fikir mübadiləsi aparıldı
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev martın 10-da
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi
nümayəndəsi Toivo Klaarı qəbul edib.
AZƏRTAC
xəbər verir ki, görüşdə Azərbaycanla Avropa
İttifaqı arasında əməkdaşlığın
perspektivləri barədə fikir mübadiləsi
aparıldı.
Söhbət
zamanı bölgədə yaranmış yeni geosiyasi vəziyyət,
postmüharibə şəraiti, Azərbaycanın
işğaldan azad edilmiş ərazilərində bərpa və
yenidənqurma işlərinin aparılması, regional nəqliyyat
layihələrinin həyata keçirilməsi məsələləri
müzakirə olundu.
Azərbaycan.-2021.- 11 mart.- S.1.