Azərbaycan
Respublikasının Vergi Məcəlləsində
dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli
Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının
94-cü maddəsinin I hissəsinin
15-ci bəndini rəhbər
tutaraq qərara alır:
Azərbaycan Respublikasının Vergi
Məcəlləsində (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2000, ¹ 8 (I kitab),
maddə 583; 2001, ¹ 7, maddə
454, ¹ 9, maddə 576, ¹ 12, maddə
734; 2002, ¹ 5, maddə 249, ¹ 12, maddə 707; 2003, ¹ 8, maddə
425, ¹ 12 (I kitab), maddə
671; 2004, ¹ 1, maddə
1, ¹ 11, maddə 887, ¹ 12, maddə
980; 2005, ¹ 2, maddə 61, ¹ 8, maddə
688, ¹ 12, maddə 1081; 2006, ¹ 12, maddələr 1005, 1026; 2007, ¹ 1, maddə 4, ¹ 6, maddə
597, ¹ 8, maddə 745, ¹ 11, maddə
1053, ¹ 12, maddə 1192; 2008, ¹ 7, maddə 602, ¹ 11, maddə
960; 2009, ¹ 7, maddə 506; 2011, ¹ 1, maddə 14, ¹ 7, maddələr
588, 603, ¹ 12, maddə 1115; 2012, ¹ 6, maddələr 500, 513, ¹ 7, maddə
652, ¹ 9, maddə 841, ¹ 12, maddə
1226; 2013, ¹ 2, maddə 91, ¹ 4, maddə 366, ¹ 11, maddə
1278, ¹ 12, maddələr 1483, 1486, 1495;
2014, ¹ 2, maddələr 94, 98, ¹ 6, maddə 608, ¹ 7, maddə
770, ¹ 8, maddə 957, ¹ 10, maddə
1158, ¹ 12, maddə 1525; 2015, ¹ 1, maddə 11, ¹ 12, maddə
1433; 2016, ¹ 2 (I kitab), maddə
207, ¹ 3, maddələr 396, 402, ¹ 5, maddə 848, ¹ 6, maddələr
973, 974, 1015, ¹ 7, maddə 1245, ¹ 10, maddə 1603, ¹ 11, maddələr
1752, 1792, 1793, ¹ 12, maddələr 2001,
2037, 2046; 2017, ¹ 2, maddə 146, ¹ 5, maddələr 695, 723, 737, ¹ 6, maddə
1055, ¹ 7, maddə 1304, ¹ 8, maddə
1509, ¹ 12 (I kitab), maddələr
2219, 2251, 2270; 2018, ¹ 2, maddə 149, ¹ 5, maddə 863, ¹ 6, maddə
1193, ¹ 7 (I kitab),
maddələr 1414, 1427, ¹ 10, maddə 1962, ¹ 11, maddələr
2186, 2210, ¹ 12 (I kitab), maddələr
2498, 2509; 2019, ¹ 1, maddə 30, ¹ 4, maddə 590, ¹ 5,
maddələr 796, 801, 804, 812, 814, ¹ 8, maddələr 1364, 1373, 1378, ¹ 12, maddə 1894; 2020, ¹ 5, maddə
522, ¹ 6, maddələr 668, 678, ¹ 7, maddə 832, ¹ 8, maddə
1013, ¹ 11, maddələr 1328, 1334; Azərbaycan Respublikasının
2020-ci il 18 dekabr tarixli 225-VIQD nömrəli
və 30 dekabr tarixli 248-VIQD nömrəli
qanunları) aşağıdakı
dəyişikliklər edilsin:
1. 164-cü maddə
üzrə:
1.1. 164.1.27-ci maddədə
“4” rəqəmi “7” rəqəmi
ilə əvəz edilsin;
1.2. 164.1.36-cı maddədə
“3” rəqəmi “5” rəqəmi
ilə əvəz edilsin;
1.3. 164.1.43-cü maddədə
“2” rəqəmi “5” rəqəmi
ilə əvəz edilsin;
1.4. 164.1.48-ci maddədə
“1 il” sözləri “2
il” sözləri ilə əvəz edilsin.
2. 164.1.53-cü maddənin
sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi
ilə əvəz olunsun və aşağıdakı məzmunda
164.1.54-cü - 164.1.55-ci maddələr əlavə edilsin:
“164.1.54. qızıldan və gümüşdən hazırlanan
zərgərlik məmulatlarının
istehsalı və emalı işlərinin görülməsi məqsədilə
müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqanın (qurumun) təsdiqedici sənədi
əsasında dəzgahların,
avadanlıqların və
qurğuların idxalı
- 2021-ci il yanvarın 1-dən 3 il müddətinə;
164.1.55. külçə, sikkə və ya qranul şəklində
qızılın və
gümüşün satışı.”.
3. 188.1.6-cı maddənin
sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi
ilə əvəz olunsun və aşağıdakı məzmunda
188.1.7-ci maddə əlavə
edilsin:
“188.1.7. bu Məcəllənin
188.1.1-ci maddəsinin müddəaları
nəzərə alınmaqla,
idxal olunan platin, qızıl və onlardan hazırlanmış zərgərlik
və digər məmulatlar, emal olunmuş, çeşidlənmiş,
çərçivəyə salınmış və bərkidilmiş almaz -
2021-ci il yanvarın
1-dən 3 il müddətinə.”.
4. 190-cı maddə
üzrə:
4.1. 190.1-ci maddənin
on birinci abzasının
sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi
ilə əvəz olunsun və həmin maddəyə aşağıdakı məzmunda
on ikinci və on üçüncü abzaslar
əlavə edilsin:
“- istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər,
“homogenləşdirilmiş” və ya “bərpa
edilmiş” tütünlər,
çeynənilən və
ya buruna çəkilən tütünlər,
habelə qəlyan üçün tütünlər;
- qızdırılma nəticəsində
istehlak edilən (buxar) tütün və tütün məhsulları.”;
4.2. 190.3-cü maddəyə
“energetik içkilərə”
sözlərindən sonra
“, istehsal məqsədli
tütünlər istisna
olmaqla digər çəkməli tütünlərə,
“homogenləşdirilmiş” və ya “bərpa
edilmiş” tütünlərə,
çeynənilən və
ya buruna çəkilən tütünlərə,
qəlyan üçün
tütünlərə, habelə
qızdırılma nəticəsində
istehlak edilən (buxar) tütün və tütün məhsullarına” sözləri
əlavə edilsin;
4.3. 190.3.7-ci maddədə
“31,0” rəqəmləri
“43,0” rəqəmləri ilə
əvəz edilsin;
4.4. 190.3.8-ci maddədə
“31,0” rəqəmləri
“35,0” rəqəmləri ilə
əvəz edilsin;
4.5. 190.3.12-ci maddədə
“20,0” rəqəmləri
“100,0” rəqəmləri ilə
əvəz edilsin;
4.6. 190.3.13-cü maddənin
sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi
ilə əvəz olunsun və aşağıdakı məzmunda
190.3.14-cü və 190.3.15-ci maddələr əlavə
edilsin:
“190.3.14. istehsal məqsədli
tütünlər istisna
olmaqla digər çəkməli tütünlər,
“homogenləşdirilmiş” və ya “bərpa
edilmiş” tütünlər,
çeynənilən və
ya buruna çəkilən tütünlər,
habelə qəlyan üçün tütünlər
- hər kiloqramına
30,0 manat;
190.3.15. qızdırılma nəticəsində istehlak
edilən (buxar) tütün və tütün məhsulları
- 1000 ədədinə 12,9 manat.”;
4.7. 190.3-1-ci maddədə
“190.3.12-ci və 190.3.13-cü” sözləri “190.3.12-ci - 190.3.15-ci” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 fevral
2021-ci il
Azərbaycan.-2021.-
11 mart.- S.2.