“İşsizlikdən
sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:
“İşsizlikdən
sığorta haqqında” Azərbaycan Respublikası Qanununun
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 8,
maddə 1514; 2018, ¹ 12 (I kitab), maddə 2503; 2019, ¹ 3, maddə
381, ¹ 8, maddə 1382; 2020, ¹ 5, maddə 521, ¹ 9, maddə 1137, ¹
11, maddə 1322) 14.3-cü maddəsi aşağıdakı
redaksiyada verilsin:
“14.3. Sığorta ödənişinin hesablanması üçün orta aylıq əməkhaqqının məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində sığortaolunanın sığorta haqları üzrə hesabatlarda olan aylıq əməkhaqqı barədə məlumatları əsasında müəyyən edilir.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
23 fevral 2021-ci il
Azərbaycan.-2021.-
11 mart.- S.2.