“Azərbaycan
Respublikasının Vergi Məcəlləsində
dəyişiklik edilməsi haqqında” Azərbaycan
Respublikasının 2021-ci il 23 fevral tarixli 266-VIQD nömrəli
Qanununun tətbiqi və “Azərbaycan
Respublikasının Vergi Məcəlləsində
dəyişiklik edilməsi haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi
tənzimləmə məsələləri haqqında” Azərbaycan
Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin
2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik
edilməsi haqqında”
Azərbaycan Respublikasının
2021-ci il 23 fevral tarixli 266-VIQD nömrəli Qanununun qüvvəyə minməsi
ilə əlaqədar
həmin Qanunun tətbiqini təmin etmək məqsədilə
qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. Azərbaycan
Respublikasının Vergi
Məcəlləsinin 164.1.54-cü maddəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının
Prezidenti həyata keçirir;
1.2. həmin
Məcəllənin 164.1.54-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi
nəzərdə tutulur.
2. “Azərbaycan
Respublikası Vergi Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi tənzimləmə
məsələləri haqqında”
Azərbaycan Respublikası
Qanununun və bu Qanunla təsdiq
edilmiş Azərbaycan
Respublikası Vergi Məcəlləsinin tətbiq
edilməsi barədə”
Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 30
avqust tarixli 393 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2000, ¹ 8 (III kitab), maddə
616; 2005, ¹ 12, maddə 1099; 2006, ¹ 5, maddə 400, ¹ 12, maddə
1034; 2007, ¹ 4, maddə 323, ¹ 12, maddə 1225; 2008, ¹ 11, maddə
972; 2009, ¹ 3, maddə 163, ¹ 4, maddə 226, ¹ 10, maddə
780; 2010, ¹ 7, maddə 610; 2011, ¹ 7, maddə 631; 2013 ¹ 7, maddə
805, ¹ 11, maddə
1324; 2014, ¹ 4, maddə 359, ¹ 5, maddə 477, ¹ 9, maddə
1027, ¹ 10, maddə
1198, ¹ 11, maddələr 1390, 1420; 2015, ¹ 1,
maddə 12,
¹ 12, maddə 1454; 2016, ¹ 2 (II kitab), maddələr 261,
265, ¹ 3, maddə 450, ¹ 5, maddə
882, ¹ 6, maddələr 1023, 1024, 1042, 1065,
¹ 7, maddə 1257, ¹ 9, maddə
1464, ¹ 11, maddə 1838, ¹ 12, maddə 2089; 2017, ¹ 5, maddələr
760, 811, 845, ¹ 7, maddə 1344, ¹ 8, maddə 1521; 2018, ¹ 9, maddələr 1830, 1843, ¹ 12 (I kitab),
maddələr 2571, 2599; 2019, ¹ 8, maddələr
1396, 1407; 2020, ¹ 5, maddə 560, ¹11, maddə 1356; Azərbaycan Respublikası Prezidentinin
2020-ci il 30 dekabr tarixli 1242 nömrəli və 2021-ci il 29 yanvar tarixli 1265 nömrəli fərmanları)
1-ci hissəsində aşağıdakı
dəyişikliklər edilsin:
2.1. 1.1-ci bəndə
“164.1.53-cü,” sözlərindən sonra “164.1.54-cü,” sözləri
əlavə edilsin;
2.2. 1.1-3-cü maddədə
“və 22-1.3-cü maddəsində
(birinci və üçüncü hallarda)”
sözləri “, 22-1.3-cü (birinci və üçüncü hallarda)
və 164.1.54-cü maddələrində”
sözləri ilə əvəz edilsin.
3. Azərbaycan
Respublikasının Nazirlər
Kabineti “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik
edilməsi haqqında”
Azərbaycan Respublikasının
2021-ci il 23 fevral tarixli 266-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 mart 2021-ci il
Azərbaycan.-2021.- 11 mart.- S.2.