“İşsizlikdən
sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”
Azərbaycan Respublikasının 2021-ci il
23 fevral tarixli 273-VIQD
nömrəli Qanununun tətbiqi və
“İşsizlikdən sığorta haqqında” Azərbaycan
Respublikasının 2017-ci il 30 iyun tarixli
765-VQ nömrəli Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2017-ci il 5 avqust tarixli
1569 nömrəli Fərmanında dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, “İşsizlikdən
sığorta haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi
barədə” Azərbaycan Respublikasının
2021-ci il 23 fevral tarixli 273-VIQD nömrəli Qanununun qüvvəyə minməsi
ilə əlaqədar
həmin Qanunun tətbiqini təmin etmək məqsədilə
qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. “İşsizlikdən
sığorta haqqında” Azərbaycan Respublikası Qanununun
14.3-cü maddəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının
Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun
14.3-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur.
2. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci
il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2017-ci il 5 avqust tarixli 1569 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2017, ¹ 8, maddə
1516; 2018, ¹ 12 (I kitab), maddə
2579; 2019, ¹ 6, maddə 1038, ¹ 7, maddə 1217, ¹ 12, maddə
1922; 2020, ¹ 5, maddə 561, ¹ 7, maddə 861, ¹ 9, maddə
1143, ¹ 11, maddə 1348) 2.1-ci və 2.7-1-ci bəndlərinə
“13.2.3-cü,” sözlərindən sonra “14.3-cü,” sözləri
əlavə edilsin.
3. Azərbaycan Respublikasının
Nazirlər Kabineti “İşsizlikdən sığorta
haqqında” Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2021-ci il 23 fevral tarixli 273-VIQD nömrəli
Qanunundan irəli gələn məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 mart 2021-ci il
Azərbaycan.-2021.-
11 mart.- S.2.