B.H.Eyyubovun “Şərəf”
ordeni ilə təltif edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan
Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində
səmərəli fəaliyyətinə, vəzifə borcunu
peşəkarlıqla yerinə yetirdiyinə görə Bəylər
Həsən oğlu Eyyubov “Şərəf” ordeni ilə təltif
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
10 mart 2021-ci il
Azərbaycan.-2021.- 11 mart.- S.2.