Macarıstan hər zaman Azərbaycanın haqq
işini dəstəkləyib
Macarıstan hər zaman Azərbaycanın haqq işini dəstəkləyib. Biz Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü birmənalı olaraq qəbul etmişik. İnanırıq ki, işğaldan azad olunmuş torpaqlarda tezliklə sülh və dinc yaşayış təmin olacaq. Əminik ki, vaxtilə torpaqlarından qovulmuş insanlar indi öz ata-baba torpaqlarına qayıdacaq və orada xoşbəxt yaşayacaqlar.
Bu
sözləri Macarıstanın xarici işlər və ticarət
naziri Peter Siyarto martın 10-da azərbaycanlı həmkarı
Ceyhun Bayramovla keçirilən görüşdən sonra təşkil
olunan mətbuat konfransında deyib.
Macarıstan şirkətlərinin Azərbaycanın apardığı bərpa-quruculuq işlərində köməyini əsirgəməyəcəyini bildirən Peter Siyarto qeyd edib: “Ölkəmiz tərəfindən həmin şirkətlər üçün kredit ayrılacaq. Macarıstan tezliklə Azərbaycandan qaz almağa başlayacaq və bunun üçün təhlükəsizlik mühüm şərtdir”.
Nazir bildirib
ki, Cənub Qaz Dəhlizi
bölgədə yeni reallıq
yaradıb. Macarıstan bu ilin
sonunda bu layihəyə
qoşulacaq. Ölkənin qaz
kəmərləri Serbiyanın boru kəmərləri
sistemi ilə birləşəcək.
Azərbaycan.-2021.- 11 mart.- S.4.