ADA Universiteti ilə Macarıstan Diplomatik Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
Martın 10-da Azərbaycan Respublikasının
ADA Universiteti və Macarıstanın Diplomatik
Akademiyası arasında
diplomatik təlim, məlumat və sənədləşmə mübadiləsi
sahəsində əməkdaşlığa
dair Anlaşma Memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, Anlaşma
Memorandumunu ADA Universitetinin
rektoru, səfir Hafiz Paşayev və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto imzalayıblar.
Bu Anlaşma Memorandumunun
imzalanmasından sonra
ADA Universitetinin xarici təhsil müəssisələri
ilə icrada olan müqavilələrinin
sayı 100-ə çatıb.
Memorandumda tərəflər arasında
tələbə mübadiləsi,
birgə təlimlərin,
layihələrin təşkili
və akademik əlaqələrin genişləndirilməsi
nəzərdə tutulub.
Qeyd edək ki, ADA Universiteti cari il martın
5-də onlayn formatda Belçika Krallığının
"EPHEC" Universiteti ilə
də Anlaşma Memorandumu imzalayıb. Bu sənəd ADA Universitetinin Belçikada yerləşən təhsil
müəssisəsi ilə
imzaladığı ilk Memorandumdur.
Bu sənəd həm də ADA-nın xarici universitet ilə onlayn formatda imzaladığı ilk memorandumdur.
ADA Universiteti indiyədək
ABŞ, Kanada, Böyük
Britaniya, İsveçrə,
Fransa, Çin, Yaponiya və digər ölkələrin
universitetləri ilə
Anlaşma memorandumları
imzalayıb.
Azərbaycan.-2021.-
11 mart.- S.4.