Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 774 nömrəli
Fərmanı ilə təsdiq edilmiş
“Dövlət qulluqçularının
mükafatlandırılmasının növləri və
qaydaları haqqında Əsasnamə”də dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq qərara alıram:
Azərbaycan
Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 774 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2002, ¹ 8, maddə 494; 2009, ¹ 6, maddə 419; 2017, ¹ 5, maddə
810) ilə təsdiq edilmiş “Dövlət
qulluqçularının
mükafatlandırılmasının növləri və
qaydaları haqqında Əsasnamə”nin 12-ci hissəsində
“əməkhaqqı fondunun (vəzifə maaşına əlavələr
istisna olmaqla)” sözləri “vəzifə maaşının”
sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 mart 2021-ci il
Azərbaycan.-2021.-
12 mart.- S.1.