İşğaldan azad edilmiş ərazilərdə
görülən işlər böyük
qayıdışın başlanğıcıdır
Prezident ən
qısa müddətdə yurd həsrətli
insanları o yerlərə qaytarmaqda qərarlıdır
30 ilə yaxın bir müddətdə məcburi köçkün həyatı yaşayan yurd həsrətli soydaşlarımız öz torpaqlarına nə vaxt qayıda biləcəklər? İndi bu, hamını düşündürən bir sualdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında da həmin sual müxtəlif formalarda səslənmişdir.
Dövlət başçısı bu barədə belə məlumat vermişdir: “Mən də özüm-özümə bəlkə hər gün eyni sualı verirəm. Çünki mən də istəyirəm ki, nə qədər mümkünsə, qısa müddət ərzində biz buna nail olaq. Amma bunun üçün, əlbəttə ki, kompleks tədbirlər görülməlidir. Bu barədə mən artıq demişəm. Minalardan təmizləmə prosesi başa çatandan sonra və artıq bununla paralel olaraq biz bu işləri başlayırıq”.
İşğaldan azad edilmiş
ərazilərin bərpasında
minalardan təmizləmə
ən əsas məsələlərdən biridir
və Prezident bu işi gücləndirmək üçün dövlət qurumu
yaradıb və
formalaşdırıb. Çünki ANAMA adlanan
bu qurumun statusu çox qeyri-müəyyən idi. O, vaxtilə
işğaldan azad edilmiş ərazilərin
bərpası üzrə
mövcud olmuş komissiyanın nəzdində
yaradılmışdı. Agentliyin səmərəli
işləməsi üçün
bu ilin investisiya
proqramında təqribən
100 milyon manat ayrılacaq. O cümlədən
ən müasir avadanlıq, distant xarakterli
robotlar və minatəmizləyən maşınlar
alınacaq. Bu işə maksimum diqqətin ayrılması
nəzərdə tutulur.
Müharibə başa çatandan
dərhal sonra ərazilərin minalardan təmizlənməsində iştirak
etmək və istehkamçılarımıza
treninqlər keçirmək
üçün Türkiyə
Müdafiə Nazirliyindən
100-dən çox mütəxəssis
ezam edilib. Ağdam rayonunun ərazisinin minalardan təmizlənməsində
Rusiya Fövqəladə
Hallar Nazirliyinin bir qrupu da
fəaliyyət göstərir.
Bu qrupun əsas
fəaliyyəti rusiyalı
sülhməramlıların məsuliyyət zonası ilə bağlıdır,
lakin onlar burada da iştirak
edirlər. Hazırda zəngin
təcrübəsi olan
bir neçə şirkətlə danışıqlar
aparılır. Məqsəd bu işdə Azərbaycan şirkətlərinin
də iştirak etməsidir. Çünki
bu, qısa müddətdə yekunlaşan
iş deyil. Belə ki, minalardan təmizlənməli olan ərazi kifayət qədər böyükdür.
Başdan-başa viranə qoyulmuş o yerlərdə insanlar yalnız köklü quruculuq işləri aparıldıqdan sonra yaşaya bilərlər. Ona görə indi ərazilərin minalardan təmizlənməsi ilə paralel şəkildə ziyanın qiymətləndirilməsi aparılır. Şəhərlərin və kəndlərin inkişafının baş planlarının tərtib edilməsinə dair tapşırıqlar verilib. Pilot layihələrə başlanıb. “Ağıllı kənd” layihəsi həyata keçiriləcək. Zəngilan rayonunun üç kəndində - Birinci, İkinci, Üçüncü Ağalı kəndlərində bu layihəyə start verilib. Cari ilin sonuna qədər layihənin başa çatması gözlənilir. Orada bütün lazımi infrastruktur qurulacaq, əkin sahələri bərpa ediləcək və sonra təqribən 1000-ə yaxın insan yerləşdiriləcək.
Böyük şəhərlərin baş planları tərtib edilməlidir. Məsələn, Ağdam şəhərində işğaldan əvvəl 40 minə yaxın insan yaşayırdı. İndi əhalinin sayı əlbəttə, artıb. Odur ki, 50 minlik, bəlkə də 70 minlik bir şəhər salınmalıdır. Təkcə yaşayış evləri deyil, məktəblər, xəstəxanalar inşa edilməlidir, bütün infrastruktur yaradılmalıdır. Ağdamı misal kimi göstərsək də, bu işlər işğaldan azad olunmuş bütün bölgələri əhatə etməlidir.
Füzulidə hava
limanının tikintisinə başlanıb.
Ərazinin minalardan təmizlənməsi ilə
bağlı məsələlər operativ
surətdə həll olunur. Bu, beynəlxalq hava
limanı olacaq. Onun uçuş-enmə zolaqları
ən ağır yük təyyarələri
də daxil olmaqla bütün növ təyyarələri
qəbul edə biləcək. Bütün
işlər plan üzrə
getsə, aeroport bu il payızın əvvəlində
istifadəyə veriləcək.
Qarabağın mühüm logistika
mərkəzinə çevriləcəyindən
burada digər aeroportlar tikmək planları da var.
Şuşa şəhərinə iki avtomobil yolu çəkilir. Onlardan birinə Prezidentimiz “Zəfər
yolu” adını verib. Çünki Azərbaycanın
xüsusi təyinatlı
qoşunları Şuşa
şəhərinə məhz
həmin yolla meşələrdən və
vadilərdən keçərək
gediblər. Nisbətən aran ərazidən
keçən digər
yol da hava
limanından birbaşa
gediş-gəlişi təmin
edəcək.
Dövlət başçısı böyük qayıdış
haqqında belə demişdir: “Biz hər il 3-4 min mənzil və ev inşa
edə bilirik. Yəni fiziki olaraq biz Ağdam şəhəri haqqında
danışırıqsa, bu
şəhər hesab edirəm ki, 2-3 il ərzində
tam bərpa oluna bilər. Ancaq bundan öncə
minadan təmizləmə,
infrastruktur layihələri
həyata keçirilməlidir.
Elektrik infrastrukturuna gəldikdə,
biz bütün şəhərlərimizin,
bölgələrimizin bir-biri
ilə bağlı enerji şəbəkəsini
yaradacağıq. Artıq büdcə,
proqram təsdiq edilib və bu ilin sonuna
qədər elektrik enerjisi təminatı başa çatdırılacaqdır.
Su təminatı, qaz təminatı, yollar... Biz təkcə evlər
tikməli deyilik, orada xəstəxanalar, məktəblər, bağçalar
tikilməlidir. Orada
iş yerləri yaradılmalıdır. Çünki orada yaşayan insanlar işlə təmin edilməlidir.
Yəni bütün bu işlər bizim böyük qayıdış
adlandırdığımız proqramımızın tərkib
hissəsidir”.
Azərbaycan bu işləri yalnız öz daxili resursları hesabına yerinə yetirəcək. Həm də söhbət
təkcə maliyyə
resurslarından deyil, texniki imkanlardan da gedir.
“Bizim yarışacağımız
əsas tərəf-müqabili
zamandır”, - deyərək
Prezidentimiz maksimum
qısa müddətdə
insanların yurd həsrətinə son qoymaqda,
onları mərhələli şəkildə
öz kəndlərinə,
şəhərlərinə qaytarmaqda qərarlı olduğunu bildirmişdir. Qeyd etmişdir ki,
işğaldan azad olunmuş ərazilərdə
vətəndaşlarımız üçün ən yaxşı şərait yaradılmalıdır. Onlar uzun
illərdir əziyyət
çəkirlər, odur
ki, ən qısa zamanda oraya qayıtmaq istəyirlər. Dövlətimizin
siyasətinin mərkəzində
həmişə vətəndaşların
maraqlarının dayandığını
deyən Prezident İlham Əliyev yurd yerlərinə qayıdacaq insanların layiqli yaşamağa və müasir dünyanın bütün
nemətlərindən istifadə
etməyə layiq olduqlarını bir daha vurğulamışdır.
Flora SADIQLI
Azərbaycan.-2021.- 12 mart.- S.1;7.