Azərbaycan
Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli
569 nömrəli Fərmanı ilə təsdiq edilmiş
“Dövlət orqanlarında dövlət qulluqçularına
ixtisas dərəcələrinin verilməsi
Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan
Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 569 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2001, № 9, maddə 584; 2003, № 8, maddə 441; 2005, № 11, maddə
1009; 2009, № 6, maddə 419; 2010, № 3, maddə 183; 2013, № 12, maddə
1506; 2015, № 2, maddə 120; Azərbaycan Respublikası
Prezidentinin 2020-ci il 26 dekabr tarixli 1218 nömrəli Fərmanı)
ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət
qulluqçularına ixtisas dərəcələrinin verilməsi
Qaydaları”nın 13-cü hissəsinin ikinci cümləsində
“əməkhaqqı fondunun (vəzifə maaşına əlavələr
istisna olunmaqla)” sözləri “vəzifə
maaşının” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 mart 2021-ci il
Azərbaycan.-2021.-
12 mart.- S.2.