Daha bir şəhidimizin yeni doğulan övladının zəruri xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb

 

Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün “YAŞAT” Fondunun layihəsi davam edir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, daha bir şəhidimizin yeni doğulan övladının, şəhidimiz Nurlan Mustafayevin övladı Nurlanın zəruri xərcləri Fond tərəfindən qarşılanıb. Bu məqsədlə anaya 1000 AZN təqdim olunubdünyaya yeni göz açan körpənin adına 5000 AZN-lik hesab açılacaq. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanacaq və şəhid övladı 16 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək.

Qeyd edək ki, bankla ana arasında bağlanmış müqaviləyə əsasən bəzi zəruri hallarda ana həmin vəsaiti daha tez çıxara biləcək. Həmçinin ana həmin məbləği istənilən valyutaya da dəyişə bilər.

Allah şəhidimizə rəhmət etsin!

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədədir.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

 

Azərbaycan.-2021.- 12 mart.- S.5.