Tarixi qədim,
ənənələri zəngin Azərbaycan milli
teatrı
Bu gün Azərbaycanda yaraşıqlı binaları, geniş salonları ilə göz oxşayan, bir-birindən maraqlı, uğurlu səhnə əsərləri ilə sevimli tamaşaçılarının qarşısına çıxmağa hazır olan teatrlarımız çoxdur. Ancaq milli teatrımız bu günlərə gələnədək böyük və keşməkeşli tarixi yol keçib.
Meydan tamaşalarından teatr səhnəsinə gələn yol...
Azərbaycanda xalq teatrının tarixi çox qədimdir. Xalq arasında meydan tamaşaları əsrlərboyu məşhur olub. Məzhəkə, nəqletmə, musiqi, rəqs, yarışma və digər ünsürlərlə zəngin, baxımlı olan həmin tamaşalar açıq havada, şəhər meydanlarında, kəndlərdə, karvansaralarda, bazar və küçələrdə göstərilirdi. Azərbaycanda toy, elçilik və digər mərasimlərdə də əsrlərboyu teatr elementləri mövcud olub. Bunlardan biri toylarda göstərilən “Xan oyunu” idi. Sonrakı dövrlərdə “Şəbih” və digər dini səciyyəli tamaşalar da geniş yayılmışdı.
“Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş”, “Tənbəl qardaş” kimi meydan tamaşaları, “Kilimarası” “Maral oyunu” kimi kukla teatr tamaşaları geniş kütlə tərəfindən böyük maraqla qarşılanır, yüksək əhvali-ruhiyyə yaradırdı. Bu tamaşalar xalqımızın adət-ənənələrini, milli-mənəvi dəyərlərimizi, soykökümüzə bağlılığımızı təcəssüm etdirərək yaşadıb.
XVII əsrin ikinci yarısında Azərbaycana gələn fransız səyyahı Şarden Çuxursəd bəylərbəyinin İrəvan şəhərindəki iqamətgahında qonaq olub. Ona üç hissəli bir tamaşa göstəriblər. Tamaşa Şardenə elə xoş təsir bağışlayıb ki, onu “Şərqin operası” adlandırıb.
Araşdırıcılar bu fikirdədirlər ki, mərasim, ayin və xalq oyunlarındakı tamaşa elementləri müstəqil xalq teatrının yaranmasında mühüm rol oynayıb.
1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən təqdim olunan Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” tamaşası ilə Azərbaycanda milli teatrın əsası qoyulub. Tamaşanın hazırlanmasında Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirovun əməyi böyük olub.
Fədakarların sayəsində yaşayan sənət
Bakı şəhərində ilk teatr binasını xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev inşa etdirib. O, milli teatrın inkişafında böyük xidmət göstərib. Əlbətdə, tamaşa kollektiv əməyin məhsuludur və teatra olan sevgi, fədakarlıq estafet kimi yeni gələn nəsillərə ötürülməsə, onun var olması mümkünsüzdür. Azərbaycan səhnəsinin Cahangir bəy Zeynalov, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Hüseyn Ərəblinski, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Mustafa Mərdanov, Məmmədrza Şeyxzamanov, Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Mərziyə Davudova kimi yüzlərlə nümayəndəsi yetişdi. Bu gün də onların sənət yolunu davam etdirən istedadlı aktyorlarımız, aktrisalarımız az deyil.
Tarixi
1873-cü il martın 10-dan başlanan milli teatrımız çox çətin bir yol keçib.
XIX əsrin sonları,
XX əsrin əvvəllərində
maddi vəziyyətinin
ağırlığını düşünməli, bu
istiqamətdə çalışmalı
ikən onun başını digər problemlərlə qarışdırıb,
inkişafını əngəlləməyə
çalışıblar. Səhnə
o illərdə aktyorlara
məşhurluqla bərabər
bəlalar gətirib.
Təhqiramiz ifadələrlə,
təhdidlərlə qarşılaşanlar
az olmayıb.
Səhnəyə çıxdığı üçün yaralananlar,
qətlə yetirilənlər
olub. Çünki çoxları öz
qohumunun, yaxınının
aktyorluq sənətini
seçməsini özü
üçün, bütövlükdə
nəsli üçün
təhqir hesab edib. Gözü qorxanları, həyatını
təhlükəyə atmaqda
çəkinənləri teatrdan,
səhnədən uzaqlaşdırmağa
müvəffəq olublar.
Amma bu sənəti canından çox sevənlər heç bir təhdidə, təhqirə, fiziki və mənəvi əzab-əziyyətlərə boyun əyməyiblər.
Elə milli teatrımız da belə fədakarların
sayəsində yaşayıb,
inkişaf edib.
Azərbaycan Xalq Cümhuriyyətinin qurulması milli teatrın fəaliyyətində
də canlanma yaradıb. Qısa müddətdə teatrın inkişafı üçün zəruri
işlər görülüb.
Onun repertuarına Azərbaycan
tarixi və milli azadlıq mübarizəsi ilə bağlı yeni əsərlər daxil edilib. Bu sahədə
cümhuriyyət hökumətinin
məqsədyönlü addımlarından
biri də Azərbaycan Dövlət Teatrının təşkili
olub. Bu, Azərbaycan peşəkar
teatrının dövlət
teatrı statusu alması demək idi. 1918-ci il
noyabrın 4-də həmin
teatrda ilk dəfə Nəriman Nərimanovun
“Nadir şah” faciəsinin
tamaşası təqdim
olunub.
Sovet hakimiyyəti
illərində də
Azərbaycanda teatr sənətinin inkişafı
üçün mühüm
işlər həyata
keçirilib. Teatrlarımızın repertuatlarında sovet ideologiyasını və rejimini tərənnüm edən
əsərlərlə yanaşı,
xalqın həyatı,
güzəranı, tarixi
keçmişi ilə
bağlı əsərlərə
də yer verilib.
Tamaşaçıların intizarında...
XX əsrin sonuncu
onilliyində Azərbaycan
yenidən öz müstəqilliyinə qovuşdu. Xalqımızın
nail olduğu bu böyük qələbə
asanlıqla əldə
olunmadı. Müstəqilliyimizin ilk illərində bütün sahələrdə
böhran yarandı.
Teatr sənəti də çətin sınaqlarla
üzləşdi. Ancaq bu imtahandan da üzüağ
çıxdı.
Bu gün Azərbaycan
teatrı dövlət
qayğısı, tamaşaçı
sevgisi ilə əhatələnib. Əlbəttə, problemləri də
var. Son bir ildə ən böyük qayğısı isə pandemiya ilə bağlı yaranmış
vəziyyətlə əlaqədar
tamaşaçılarını qarşılaya bilməməsidir.
Teatrlarımız böyük intizarla
koronavirusun endirdiyi pərdələri yenidən
açacağı, tamaşaçı
alqışları ilə
kükrəyəcəyi günləri
gözləyir.
Zöhrə FƏRƏCOVA
Azərbaycan.-2021.- 12 mart.- S.10.