Vətəndaş maraqlarının təminatçısı

 

lham Əliyevin geniş islahatlar proqramı sayəsində Azərbaycan dövləti  ardıcıllıqla və sürətlə hədəflərinə çatır

 

 

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII qurultayında toxunduğu məsələlərdən biri son illərdə respublikamızda həyata keçirilən islahatlar oldu. Məlum olduğu kimi, dövlət başçısının təşəbbüsləri ilə 2018-ci ildən başlanan yeni  islahatlar kompleks xarakter daşıyaraq cəmiyyət həyatının müxtəlif sahələrini əhatə etdi.

 

 

 

İslahatlara alternativ yoxdur

 

 

Azərbaycanın yüksəlişi və nail olduğu bütün inkişaf göstəriciləri islahatların labüdlüyününuğurlu nəticəsinin ən gözəl nümunələridir. Siyasi, sosial-iqtisadi, mədəni-humanitar sahələrdə əldə olunan nailiyyətlərin hər biri məhz sistemli və davamlı islahatların sayəsində mümkün olub.  Elə respublikamızın nümunəsi göstərir ki, cəmiyyət həyatının istənilən sahəsində inkişafın, fəaliyyət dinamizminin və ahəngdarlığının təmin edilməsi yeni yanaşmaların tətbiqini, daha dəqiq ifadə etsək, zamanın nəbzini tutan islahatların həyata keçirilməsini tələb edir.

2018-ci ilin prezident seçkilərindən sonra Milli Məclisdə keçirilən andiçmə mərasimində İlham Əliyev yeni islahatların keçiriləcəyini bəyan etmişdi.  Artıq həmin ilin ikinci yarısından başlayaraq islahatların dəqiqləşdirilməsi, müəyyən edilməsi və ardıcıllığı haqqında geniş işlər aparılmışdı. 2019-cu ildə bu islahatların tərkib hissəsi olan mühüm sosial paketlər qəbul olundu. Aydındır ki, insanın həyatını yaxşılaşdırmağa xidmət etməyən heç bir inkişaf öz məqsədinə, yüksək amallarına nail ola bilməz. 2019-cu ilin fevraliyun aylarında müvafiq fərman  və sərəncamlarla iki sosial paketin həyata keçirilməsi, ilk növbədə, onu göstərdi ki, dövlət başçısının fəaliyyətinin əsas qayəsini insan amili təşkil edir. Bütün bunlar onu təsdiq edir ki, İlham Əliyev vətəndaş maraqlarının müdafiəçisi və təminatçısıdır, insanların sosial rifahının yaxşılaşdırılması, həyat tərzinin və keyfiyyətlərinin dəyişdirilməsi onun həyata keçirdiyi siyasətin əsas məqsədlərindən biridir.         

Dərin sosial islahatlara imkan verən əsas səbəblərdən biri isə iqtisadi sferada atılan addımlar idi. Reallıq ondan ibarətdir ki, aparılan şəffaflaşdırma siyasəti büdcə gəlirlərinin artmasına, maliyyə imkanlarımızın əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb olub. Xüsusən vergigömrük sahələrində baş verən keyfiyyət dəyişiklikləri bu məsələdə böyük rol oynadı.

Xatırladaq ki, iki il əvvəl Novruz bayramı münasibətilə xalqımızı təbrik edən Prezident İlham Əliyev islahatların dərinləşəcəyini bəyan etmişdi: “İslahatlar dərinləşəcək. İslahatlara alternativ yoxdur. Siyasi islahatlar, iqtisadi islahatlar, sosial sahədə islahatlar, məhkəmə-hüquq sistemində islahatlar, - artıq müvafiq göstərişlər verilib və sənədlər paketi hazırlanır, - təhsil, səhiyyə sahələrində, hər bir sahədə, Azərbaycan yeni dövrə qədəm qoyub. Azərbaycan yeniləşir, Azərbaycan güclənir və müasirləşir. Biz dərin milli-mənəvi köklər üzərində güclü dövlət qurmuşuq. Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Ancaq o demək deyil ki, əldə edilmiş bu nailiyyətlərlə kifayətlənməliyik. Əldə edilmiş nailiyyətlər bizi gələcəyə daha da nikbinliklə baxmağa həvəsləndirir, buna sövq edir”.

 

 

 

Azərbaycan genişmiqyaslı islahatlar aparan ölkədir

 

 

İnkişaf  prosesləri  dövlət idarəçiliyi sistemininin səmərəliliyinin yüksəldilməsini, çevik və məqsədyönlü fəaliyyət göstərən idarəetmə strukturunun formalaşdırılmasını tələb edir. Əgər mükəmməl və mütərəqqi idarəçilik sistemini formalaşdırmaq mümkün olmazsa, qarşıya qoyulan vəzifələr də yarımçıq qalar. Belə olduğu halda bir çox müəyyən olunmuş iqtisadisiyasi vəzifələr yerinə yetirilməz. Hər bir inkişaf etmiş dövlətin tarixi sübut edir ki, onun yüksəlişinə uyğun olaraq idarəetmə aparatı da daim yenilənir. Ölkənin çevik  idarəçilik sisteminin olması inkişafın əsas şərtlərindən biridir. Bundan irəli gələrək strukturkadr islahatları da həyata keçirilir.

Bu məqsədlə dövlət orqanlarında struktur islahatları aparıldı. Mərkəzi icra hakimiyyəti orqanlarını əhatə edən qurumların bəziləri ləğv edildi, bəzilərinin əsasında yeniləri yaradıldı. Dövlət idarəetməsinin icra hakimiyyəti sistemində də islahatlar oldu. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Nazirlər Kabinetində, yerli icra hakimiyyəti orqanlarında, regional idarəetmə orqanlarında, ümumiyyətlə, dövlət və cəmiyyət həyatının bütün sahələrində aparılan strukturkadr islahatları ictimaiyyət tərəfindən rəğbətlə qarşılandı.

Prezident İlham Əliyevin fərmanı ilə dövlət hakimiyyətinin əsas qollarından biri olan məhkəmə-hüquq sistemində ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədilə yeni islahatlara başlanıldı.

Dövlət hakimiyyətinin bütün qollarını əhatə edən islahatların  qanunvericilik hakimiyyətini də əhatə etməsi ölkədə baş verən köklü yeniliklərdən irəli gələn sosialsiyasi sifariş idi. Bu baxımdan  dərinləşən islahatlara paralel olaraq siyasi islahatların davam etdirilməsi, qanunvericilik orqanının yenilənməsi mühüm əhəmiyyət kəsb etdi.

Yeni Azərbaycan Partiyasının VII qurultayında Prezident İlham Əliyev Azərbaycanın genişmiqyaslı islahatlar aparan ölkə olduğunu bəyan edərək dedi: “Ötən son üç il ərzində prezidentparlament seçkiləri keçirilmişdir. Prezidentparlament seçkilərinin ölkəmizin müasir həyatında xüsusi yeri vardır. Xüsusilə nəzərə alsaq ki, prezidentparlament seçkilərində ölkəmizdə gedən islahatlar daha bir mərhələyə qədəm qoydubu gün Azərbaycan genişmiqyaslı islahatlar aparan ölkədir. Biz gündəlik həyatda, ölkəmizin iqtisadi göstəricilərində, sosial sahədə əldə edilmiş nailiyyətlərdə görürük ki, bu islahatların çox böyük əhəmiyyəti var. Eyni zamanda, ictimai-siyasi iqlimin sağlamlaşdırılmasında da bizim təşəbbüslərimizin, islahatlarımızın böyük rolu vardır”.

Son illərin reallıqları göstərir ki, İlham Əliyevin son prezident seçkilərindən sonra bəyan etdiyi proqram icra olunur, islahatlar uğurlu nəticələr verir. Azərbaycan dövləti  ardıcıllıqla və sürətlə öz hədəflərinə çatır. Ümumilikdə isə islahatlar həm makroiqtisadi vəziyyətə, həm vətəndaşların rifahının gücləndirilməsinə, həm də idarəçiliyin təkmilləşdirilməsinə, şəffaflaşdırılmasına xidmət edir. Bütün bunlar vətəndaş məmnuniyyətini və sosial həmrəyliyi təmin edən əsas amillərdir.

 

 

Rəşad CƏFƏRLİ

Azərbaycan.-2021.- 13 mart.- S.1;4.