Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli
Fərmanı ilə təsdiq edilmiş
“Kənd təsərrüfatı məhsulları
istehsalının subsidiyalaşdırılması
Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin
2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2019, № 6, maddə
1050, № 12, maddə 1939; 2020, № 5, maddə 551) ilə təsdiq edilmiş “Kənd təsərrüfatı
məhsulları istehsalının
subsidiyalaşdırılması Qaydası”nda aşağıdakı
dəyişikliklər edilsin:
1. 3.2-ci bənd ləğv edilsin.
2. 3.11-ci bəndin ikinci cümləsində “3.2-ci və
3.8-ci bəndlərində” sözləri “3.8-ci bəndində”
sözləri ilə əvəz edilsin.
3. 3.17-ci bənd aşağıdakı
redaksiyada verilsin:
“3.17. Təqvim ili
ərzində büdcədən
ayrılan və fermerə verilməyən
subsidiya məbləği
büdcəyə qaytarılır. Fermerə
verilən subsidiya vəsaiti 2 (iki) il ərzində
istifadə edilmədikdə,
bu barədə ona SMS və elektron poçt vasitəsilə bildiriş
göndərilir. Bildiriş
göndərildikdən sonra
fermer 3 (üç)
ay ərzində subsidiya
vəsaitini istifadə
etmədikdə, növbəti
il üçün ona subsidiya ödənilmir.”.
4. 5.1-ci bənd aşağıdakı
redaksiyada verilsin:
“5.1. Subsidiya mexanizminin səmərəli fəaliyyətinin
təmin edilməsi məqsədilə subsidiya
alınması üçün
müraciət daxil olduqda və ya əldə edilmə mənbəyi bəlli olan hər hansı məlumat əsasında fermerin bəyannaməsində
göstəriləndən fərqli
hallar aşkar edildikdə, Agentlik tərəfindən aşağıdakı
ardıcıllıqla monitorinqlər
aparılır:”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 mart 2021-ci il
Azərbaycan.-2021.-
13 mart.- S.2.