Vətən müharibəsinin
şəhidi Niyazi İsgəndərovun
ailəsinə üçotaqlı mənzil verildi
Şəhid ailələrinin dəstəklə
təminatı, o cümlədən mənzil-məişət
məsələlərinin həllində sosial
məsuliyyətdən çıxış edən sosial tərəfdaşlarımız tərəfindən
xeyirxah təşəbbüslər, nəcib
addımlar davam edir.
“AS Group İnvestment” MMC şirkəti
də bu proseslərə öz töhfəsini verir.
Vətən müharibəsində şücaət
göstərmiş və
döyüşlərin birində
ağır yaralanaraq şəhid olmuş çavuş Niyazi İsgəndərovun ailəsinin
mənzil-məişət şəraitinin
ağır olması səbəbindən ailənin
yeni mənzillə təmin olunması məsələsi diqqətdə
saxlanıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə
əlaqələr və
kommunikasiya şöbəsindən
AZƏRTAC-a bildiriblər ki,
nazirliyin sosial tərəfdaşlarından olan
“AS Group İnvestment” MMC şirkəti
bu istiqamətdə dəstəyini göstərib. Mingəçevir şəhərində yataqxanada
yaşayan şəhid
ailəsinə şirkət
tərəfindən həmin
şəhərdəki “Park Residence” yaşayış binasından
3 otaqlı mənzil hədiyyə edilib.
Şirkətin və nazirliyin nümayəndələri şəhidin
ailəsi ilə görüşərək onlara
mənzil sənədlərini
təqdim ediblər. Yeni mənzilin
tam təmiri və bütün lazımi avadanlıqlarla təchizatını
da şirkət öz üzərinə götürüb.
Şəhid çavuş Niyazi
İsgəndərov hələ
2016-cı il Aprel döyüşlərində
qəhrəmanlığı ilə fərqlənib və Vətən müharibəsi başlayan
gündən də döyüşlərə qatılıb.
Oktyabrın 5-də Suqovuşanda ağır yaralanaraq şəhid olub. Prezident İlham Əliyevin sərəncamları ilə
İsgəndərov Niyazi
Şahvələd oğlu
“Vətən uğrunda”,
“Laçının azad
olunmasına görə”
medalları ilə təltif edilib.
Şəhidin ailəsinə aylıq sosial ödənişlərin
təyinatı da həyata keçirilib və ailənin yaşayışı bundan
sonra da diqqətdə saxlanılacaq.
Azərbaycan.-2021.-
13 mart.- S.5.