Ombudsman işğaldan azad edilmiş ərazilərdə işarə
olunmamış minalı ərazilərlə bağlı bəyanat
verib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanın) Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işarə olunmamış minalı ərazilərlə bağlı bəyanat verib.
Ombudsman Aparatından APA-ya bildirilib ki, bəyanatda deyilir:
“Azərbaycan Respublikasının
İnsan Hüquqları
üzrə Müvəkkili
(Ombudsman) olaraq, Azərbaycanın
işğaldan azad olunmuş ərazilərində
insanların həyatı,
sağlamlığı və
təhlükəsizliyinə təhdid olan işarə olunmamış
minalı ərazilərlə
bağlı ciddi narahatlığımı ifadə
edirəm.
Ermənistan və Azərbaycan
arasında 44 gün davam etmiş müharibə 10 noyabr
2020-ci il tarixində Ermənistan, Azərbaycan və Rusiya arasında imzalanmış üçtərəfli
bəyanata əsasən
başa çatmışdır.
Azərbaycanın 30 ilə yaxın
işğal altında
qalmış əraziləri
beynəlxalq hüquqa
uyğun olaraq azad edilib.
Buna baxmayaraq, azad
olunmuş şəhər
və kəndlərin
Ermənistan silahlı
qüvvələri tərəfindən
tamamilə dağıdılması
ilə yanaşı, ərazilərişarə olunmadan
minalanmışdır. İşğal müddətində həmin
ərazilərdə yüz
mindən artıq mina
yerləşdirilmişdir və
Ermənistan hələ
də bu minaların xəritəsini
verməkdən imtina edir”.
Bildirilib ki, müharibənin başa çatmasından
sonra hərbi qulluqçular və mülki şəxslərin
minaya düşərək
həlak olduğu və ya yaralandığı
onlarla hal baş verib. Müharibənin
bitməsindən bu günə qədər həmin minalar səbəbindən 10 mülki
şəxs həlak olub, 11 şəxs isə ağır yaralanıb: “Minalar onilliklər boyu aktiv qala və
ciddi risk daşıya
bilər. Onların mövcudluğu təkcə
azad olunmuş ərazilərdə deyil, bütün regionda uzunmüddətli sabitliyə
töhfə ola
biləcək post-münaqişə
dövründə məcburi
köçkünlərin həmin
ərazilərə geri
qayıtmasına maneə
törədir, ümumilikdə
bərpa və inkişaf prosesini əhəmiyyətli dərəcədə
ləngidir.
Ermənistan bütün işğal olunmuş ərazilərdə
hərbi obyektlərə
qarşı nəqliyyat
vasitələri əleyhinə
minalarla yanaşı,
insan əleyhinə minalardan da istifadə
etməklə beynəlxalq
humanitar hüququn fərq qoymadan hücum etmənin qadağan olunması prinsipini pozur və Azərbaycan üçün həmin minaların ağır nəticələrinin qarşısını
alacaq minalanmış
ərazi xəritələrini
verməkdən boyun qaçırır.
1949-cu il tarixli
Cenevrə Konvensiyalarının
I Əlavə Protokoluna
əsasən, hədəfi
fərqləndirməyən silahların istifadəsi qadağandır.
Ermənistan insanların həyat və sağlamlığının
qorunmasını təmin
etmək üçün
qeyd-şərtsiz minalanmış
ərazilərin xəritələrini
Azərbaycana təqdim
etməlidir.
Günahsız insanların həyat və sağlamlığını
qorumaq və insan hüquqlarının
pozulmasına son qoymaq
naminə bütün
müvafiq beynəlxalq
təşkilatları mandatları
çərçivəsində təcili tədbirlər görməyə çağırıram”.
Azərbaycan.-2021.- 13 mart.- S.6.