Qarabağ böyük investisiya məkanına
çevrilir
Beynəlxalq təşkilatlar, xarici sərmayəçilər burada reallaşacaq layihələrə
maraq göstərirlər
Azərbaycan 44 günlük Vətən müharibəsindəki şanlı Qələbədən sonra regionda qüdrətli geoiqtisadi güc mərkəzlərindən birinə çevrilməkdədir. Hazırda bölgədə yaranmış yeni iqtisadi və siyasi konfiqurasiya dünya ictimaiyyətinin, o cümlədən beynəlxalq iqtisadi təşkilatların diqqət mərkəzindədir.
Bu, bir daha təsdiq edir ki, Prezident İlham Əliyevin qətiyyəti, əzmkarlığı və müdrik sərkərdəliyi ilə ərazi bütövlüyümüzün təmin edilməsi Azərbaycanın beynəlxalq arenadakı nüfuzunu qat-qat yüksəldib.
Strateji valyuta ehtiyatlarımız
51,2 milyard dollara yüksəlib
Son 17 ildə İlham Əliyevin müəllifi olduğu mühüm layihələrin, imzaladığı
fərman və sərəncamların icrası,
həyata keçirdiyi
iqtisadi islahatların uğurlu nəticələri
Azərbaycanın sürətli
inkişafını təmin
edib, ölkəmizin dünyanın reytinq hesabatlarında öncül
yerlərdə sıralanmasını
şərtləndirib.
Davos İqtisadi Forumunun hesabatına nəzər yetirsək görərik ki, Azərbaycan iqtisadi
inkişaf və infrastruktur layihələrinin icrası
baxımından inkişaf
etmiş ölkələri
qabaqlayıb.
Özü də bütün
bunlar dövlətin öz hesabına reallaşıb, yəni Azərbaycan kimdənsə
kömək istəməyib,
borc almayıb.
Bu gün Azərbaycanın
valyuta ehtiyatları xarici borcdan 5-6 dəfə çoxdur. 2020-ci ildə beynəlxalq konyunkturun əhəmiyyətli
dərəcədə pisləşməsinə
baxmayaraq, Azərbaycanın
strateji valyuta ehtiyatları artıb.
Nəticədə ölkənin
valyuta ehtiyatları 51,2 milyard ABŞ dollarına
çatıb.
Bu həm də
o deməkdir ki, Azərbaycan dövləti
bütün xarici borcu ödəyə bilər. Prezidentin söylədiyi kimi,
bu nailiyyətləri Azərbaycan əraziləri
işğal olunmuş,
çox çətin
geosiyasi vəziyyətdə
olan ölkə kimi qazanıb.
Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzi
Azərbaycan Şərq-Qərb və
Şimal-Cənub nəqliyyat
dəhlizlərində fəal
iştirak edir və Avrasiyanın
əsas və etibarlı logistika mərkəzlərindən birinə
çevrilib.
İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısında İlham
Əliyev bu məsələyə toxunaraq
qeyd etmişdir ki, Azərbaycan öz tərəfdaşları
ilə birgə ölkəmizin nəqliyyat
infrastrukturunu Lapis Lazuli nəqliyyat
dəhlizi ilə birləşdirb və nəqliyyat sahəsində
çoxtərəfli əməkdaşlıq
üçün geniş
imkanlar yaradıb.
Bununla yanaşı,
Azərbaycan Avrasiyada enerji təhlükəsizliyini
təmin edən əsas ölkədir. 2020-ci il
dekabrın 31-də istismara
verilən və yeddi ölkəni birləşdirən 3500 kilometr
uzunluğunda olan “Cənub qaz dəhlizi” dünyanın ən böyük enerji infrastrukturu layihələrindən biridir.
Ermənistan üzərində şanlı
Qələbədən sonra
isə Azərbaycan bölgədə sülh və sabitliyi təmin etmək üçün bir çox ölkələri
birləşdirən nəqliyyat
layihələrini müzakirə
etməyə başlayıb. Azərbaycan, Türkiyə və İran bölgədə nəqliyyat layihələrinin
icrası ilə bağlı vahid mövqe sərgiləyir.
Əgər Ermənistan 10 noyabr
Bəyannaməsinin şərtlərinə
əməl edərsə,
bu ölkə də regionda gedən prosesdən faydalana bilər. Əks təqdirdə yenə də bütün layihələrdən kənarda
qalacaq.
Bu layihələrdən ən mühümü Azərbaycanın tarixi ərazisi olan Zəngəzurdan keçəcək. Beləliklə, Azərbaycanın əsas hissəsi ilə ölkəmizin ayrılmaz
hissəsi Naxçıvan
Muxtar Respublikasını
və Türkiyəni
birləşdirəcək yeni
nəqliyyat dəhlizi
yaranacaq. Bu layihə regionda nəqliyyat sektorunda yeni imkanlar açacaq.
Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq
Təşkilatının üzv
dövlətlərini Zəngəzur
dəhlizindən faydalanmağa
dəvət edib.
Regionun inkişafında yeni dövr başlayıb
Martın
11-də Avropa Yenidənqurma
və İnkişaf Bankının (AYİB) yeni
prezidenti Odil Reno-Bassonu və bankın rəhbərliyinin
digər nümayəndələrini
videoformatda qəbul edən İlham Əliyev bir daha İkinci Qarabağ müharibəsindən
sonra regionda yaranmış vəziyyəti
izah edib və Azərbaycanın qarşıdakı illərdə
reallaşdıracağı layihələr barədə
məlumat verib.
Xatırladaq ki, Azərbaycan AYİB ilə 30 ildə çox güclü tərəfdaşlıq əlaqələri qurub. Bank iqtisadiyyatın şaxələndirilməsində Azərbaycana dəstək verib. 3 milyard avrodan çox məbləğdə layihələrin maliyyələşdirilməsi bunu təsdiq edir.
Prezident vurğulayıb ki, hazırda əsas məqsəd işğaldan azad edilmiş ərazilərin bərpasıdır. Artıq böyük tikinti-quruculuq işlərinə start verilib. Hazırda Qarabağda beynəlxalq hava limanı, avtomagistrallar tikilir, dəmir yolu xətləri inşa edilir. Bu ilin sonuna kimi bütün Qarabağ ərazisi üçün enerji təchizatı 100 faiz tamamlanacaq. Digər əhəmiyyətli layihələr də gerçəkləşdiriləcək. Azərbaycan bu məsələlərdə də Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlığa güvənir.
Qeyd edək ki, bir müddət öncə İlham Əliyev işğaldan azad olunmuş torpaqları “yaşıl enerji” zonası elan edib. Azərbaycan əsasən su, günəş və külək kimi bərpaolunan enerji mənbələrindən istifadə etməyi planlaşdırır. Çox güman ki, bu layihələrin reallığa çevrilməsində AYİB-nin dəstəyi olacaq.
Prezident bununla bağlı bildirdi: “Bərpaolunan enerji mənbələri baxımından orada böyük potensial var. Başqa sözlə, bu, Azərbaycanın və regionun inkişafında yeni bir dövr və ya hətta yeni bir eradır. Demək olar ki, 30 il davam edən Dağlıq Qarabağ münaqişəsi öz həllini tapdıqdan sonra regional inkişaf, regional əməkdaşlıq, bağlılıq üçün yeni imkanlar var və Azərbaycan bunlara hazırdır”.
AYİB-nin yeni prezidenti Odil Reno-Basso isə təşkilatın Azərbayanla enerji sahəsindəki əməkdaşlığını yüksək qiymətləndirib. O, AYİB-nin Azərbaycan hökuməti ilə külək və günəş enerjisi sahələrində əməkdaşlıq etdiklərini deyərək bu sahədə əməkdaşlığın əhəmiyyətindən danışıb.
Görüşdə nəqliyyat, bərpaolunan enerji, telekommunikasiya, bank sektoru və digər sahələrdə həyata keçirilən layihələrlə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Göründüyü kimi, həm İqtisadi Əməkdaşlıq Təşkilatının üzv ölkələri, həm də AYİB artıq Azərbaycanın yeni layihələri ilə yaxından maraqlanmağa başlayıblar.
Yeni Azərbaycan Partiyasının VII qurultayında çıxışı zaman İlham Əliyev bir daha vurğulamışdı ki, iqtisadi sahədə başlanan yeni dövr göz qabağındadır. Artıq Qarabağda böyük bərpa işlərinə başlanılıb. Özəl sahibkarlığın inkişafı, o cümlədən azad edilmiş torpaqlarda bütün işlərin planlı şəkildə aparılması, investisiyalar üçün imtiyazların müəyyən edilməsi təlimatı da verilib. Tezliklə xarici investorlar azad edilmiş torpaqlara böyük həvəslə gəlib yeni-yeni layihələrə sərmayə yatıracaqlar. Bu da əlbəttə ki, Azərbaycan iqtisadiyyatının yüksəlişini və saxələnməsini şərtləndirəcək.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-2021.- 14 mart.- S.1-2.