Zəngəzur dəhlizi Avrasiya nəqliyyat marşrutunun əhəmiyyətini daha da artıracaq

 

Bu, Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsi olacaq

 

 

 

Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı şanlı qələbə ilə təkcə işğal olunmuş torpaqları azad etmədi, həm də regiondadünyada yeni reallıq yaratdı. Qələbəmizin rəsmi təsdiqini özündə ehtiva edən 10 noyabr sazişi bu reallığa möhürünü vurdu. Bununla ölkəmiz qondarma “Dağlıq Qarabağ problemi”ndən birdəfəlik qurtulduindi Azərbaycan daha çevik və sərbəst siyasət aparmaq imkanına malikdir.

Münaqişə həll olunmamışdan əvvəl Azərbaycana “yol göstərmək” istəyən ölkələr  bu gün bizimlə əməkdaşlığa can atırlar. Hətta həmişə Ermənistanın yanında olan dövlətlər yanlış siyasi mövqelərindən geri çəkilirlər, baxmayaraq ki Prezident İlham Əliyev hələ müharibənin gedişi zamanı belə mövqe sərgiləyən ölkələrə xəbərdarlıq edərək onların apardığı siyasətin gələcək iqtisadi əməkdaşlıqda nəzərə alınacağını bildirmişdi. Təsadüfi deyil ki, dövlət başçısının vaxtında etdiyi bu xəbərdarlıqdan bir çox ölkələr nəticə çıxarıb öz siyasi mövqelərində düzəliş etdilər.

Digər tərəfdən, Vətən müharibəsində qazandığımız tarixi qələbə ölkəmiz  üçün yeni inkişaf perspektivləri açmaqla yanaşı, həm də onun dünyadakı siyasi çəkisini daha da artırdı. Məsələn, nəqliyyat sahəsində əldə edəcəyimiz yeni Zəngəzur dəhlizi ölkəmizə böyük imkanlar qazandıracaq. Belə ki, Çinin dünyaya açılma siyasətinin beynəlxalq aləmin  diqqət mərkəzində olması faktdır. Avropa İttifaqı da Çinlə iqtisadi əlaqələrə böyük əhəmiyyət verir. Çünki Çin hazırda dünyanın nəhəng ixracatçılarındandır və dünya bazarına ildə təxminən 2 trilyon 400 milyard dollar dəyərində məhsul çıxarır. Bu səbəbdən də yeni nəqliyyat marşrutlarının yaradılması barədə təşəbbüslə çıxış edir. Xatırladaq ki, Çinin Avropa ilə ticarət dövriyyəsinin dəyəri 1 trilyon dollara yaxındır. Buna görə də Avropa ilə mal mübadiləsində yeni yollardan biri olan “Şərq-Qərb nəqliyyat dəhlizi”nə böyük əhəmiyyət verilir.

Məlumdur ki, hazırda dünya ölkələri müxtəlif marşrutlar əldə etmək üçün qızğın iqtisadisiyasi mübarizəyə başlayıblar. Çünki yüklər haradan keçərsə, o ölkə tranzit ərazi kimi milyardlarla dollar gəlir əldə edəcək. Prezident İlham Əliyev bu sahədə də vaxtında lazımi tədbirlər görüb. İndi bizim nəhəng Xəzər Dəniz Donanmamız var. Donanmanın tərkibində Xəzərin şərq sahilindən qərb sahilinə yük daşımaq üçün bərə gəmilərimiz kifayət qədərdir.

İkincisi, Ələt Beynəlxalq Ticarət Limanında böyük gəmilərin yan alaraq yükünü doldurub-boşaltması üçün hər cür şərait yaradılıb. Üçüncüsü isə, bu yüklərin Avropaya daşınması üçün Bakı-Tbilisi-Qars dəmir yolu çəkilib. Bu yolun da çəkilməsinin təşəbbüsçüsü Prezident İlham Əliyevdir. Üstəlik maliyyələşdirməsini Azərbaycan dövləti həyata keçirib.

Ölkələr arasında gedən rəqabətdə siyasi amillər deyil, iqtisadi məsələlər əsas rol oynayacaq. Bu səbəbdən ölkəmizin həmin rəqabətdən üstün çıxacağına şübhə yoxdur. Çünki Çinlə Türkiyə arasında yükdaşımaların müddəti bir aydan 12 günə enib. Daşınmanın müddətinin belə azalmasında Azərbaycanın vaxtında icra etdiyi nəhəng infrastruktur layihələr mühüm rol oynayır.

Bu baxımdan noyabrın 10-da imzalanmış məlum sənədə Prezident İlham Əliyevin tələbi ilə ilk baxışda Dağlıq Qarabağ münaqişəsinə aid olmayan, lakin ölkəmiz və region üçün çox vacib 9-cu maddənin salınması mühüm diplomatik qələbə sayılmalıdır. Həmin maddə Naxçıvanla birbaşa əlaqənin bərpasına imkan verir ki, bu da ilk növbədə muxtar respublikanın nəqliyyat blokadasından çıxması deməkdir.

Azərbaycandan Naxçıvana dəmir yolu əlaqəsinin bərpası həm də Şərq-Qərb, Şimal-Cənub dəhlizləri ilə bağlı yeni şərait yaradır. Prezident İlham Əliyevin bu siyasi gedişi gələcəyə hesablanmış nəhəng geosiyasiiqtisadi layihə kimi mühüm əhəmiyyət daşıyır. Çünki marşrutun fəaliyyətə başlaması Azərbaycanın mövcud nəqliyyat ötürücü imkanlarını daha da artıracaq. Bu, ölkəmizə geniş iqtisadi imkanlarla yanaşı, böyük siyasi dividendlər də gətirəcək. Əvvəla ona görə ki, Azərbaycan-Naxçıvan marşrutu mövcud Bakı-Tbilisi-Qars dəmir yolu marşrutundan 344 kilometr qısadır və bu həm yük göndərən, həm də yük qəbul edən tərəflər üçün çox sərfəlidir. Dövlətlərarası ticarətdə bu faktora xüsusi önəm verirlər, çünki məsafə qısaldıqca daşınma xərcləri ucuzlaşır. Digər mühüm əhəmiyyət daşıyan fakt isə odur ki, alternativi çox olan hər bir marşrut daha etibarlı sayılır. Məsələn, hər hansı bir səbəbdən - istər siyasi, istərsə də təbii, yaxud texnogen qəzalar üzündən Bakı-Tbilisi-Qars marşrutu fəaliyyətini dayandırarsa, yüklərin Çindən Avropaya daşınması üçün Azərbaycan-Naxçıvan-Türkiyə marşrutundan istifadə etmək mümkün olacaq. Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil KaraismailoğluAnadolu” agentliyinə müsahibəsində deyib ki, İğdır-Naxçıvan-Bakı dəmir yolu layihəsi artıq hazırdır.

Prezident İlham Əliyev martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayında Ermənistanın bu marşruta süni əngəllər yaratmaq istəyinə qarşı xəbərdarlıq edərək demişdir: “Azərbaycan-Ermənistan-Rusiya baş nazirlərinin müavinləri artıq neçə dəfə görüşüblər. Nə barədə danışırlar? Əməkdaşlıq barədə. Biz əməkdaşlığın əleyhinəyikmi? Yox! Ermənistan əməkdaşlıqdan boyun qaçırır. İndi Ermənistan Zəngəzur dəhlizinin icrasına əngəl törətmək istəyir. Amma nail ola bilməyəcək. Məcbur edəcəyik onları, məcbur edəcəyik. Necə ki, qovmuşuq torpaqlarımızdan, bütün istədiyimizə nail olacağıq”.

Məlumdur ki, Azərbaycan Şərq-Qərb, Şimal-Cənub və Şimal-Qərb nəqliyyat dəhlizi kimi regional bağlantıda mühüm mövqeyə malikdir. Ölkəmiz artıq Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Dünyanın bir çox ölkələri bu reallığı qəbul edib Azərbaycanla nəqliyyat sahəsində əməkdaşlığa üstünlük verirlər. Qeyd etdiyimiz kimi, vaxtilə bizə siyasi əngəl törədən ölkələr indi iqtisadi əməkdaşlığa can atırlar. 

Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının növbəti Zirvə toplantısında Zəngəzur dəhlizinin yeni vəziyyət yaratdığını bildirərək demişdir: “Biz indi gələcək haqqında düşünürük. Biz bölgədə sülhsabitliyi təmin etmək üçün bir çox ölkələri birləşdirən nəqliyyat layihələrini müzakirə etməyə başlamışıq. Azərbyacan, Türkiyə və İran bölgədə nəqliyyat layihələrinin icrası ilə bağlı vahid mövqe sərgiləyir. Ermənistan da özünü normal apararsa, bu prosesdən faydalana bilər. Bu xüsusda qeyd etmək istərdim ki, Azərbaycanın tarixi ərazisi olan Zəngəzurdan keçəcək və Azərbaycanın əsas hissəsi ilə ölkəmizin ayrılmaz hissəsi Naxçıvan Muxtar Respublikasını və Türkiyəni birləşdirəcək yeni bağlantı dəhlizi regionda nəqliyyat sektorunda yeni imkanlar yaradacaq. Biz İqtisadi Əməkdaşlq Təşkilatının üzv dövlətlərini Zəngəzur dəhlizindən faydalanmağa dəvət edirik”.

 

 

 

Rüstəm KAMAL

Azərbaycan.-2021.- 14 mart.- S.1-4.