Naxçıvan Muxtar
Respublikasının Şərur və Sədərək
rayonlarının inzibati ərazi
bölgüsündə qismən dəyişikliklər edilməsi
haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli
Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının
95-ci maddəsinin I hissəsinin
3-cü bəndini rəhbər
tutaraq qərara alır:
Naxçıvan
Muxtar Respublikasının
Şərur və Sədərək rayonlarının
inzibati ərazi bölgüsündə aşağıdakı
dəyişikliklər edilsin:
1. Şərur rayonunun inzibati ərazi bölgüsünə daxil
olan Dəmirçi kənd inzibati ərazi dairəsi tərkibindəki Dəmirçi
kəndi Sədərək
rayonunun inzibati ərazi bölgüsünə
daxil edilsin.
2. Dəmirçi kənd inzibati ərazi dairəsi Şərur rayonunun tabeliyindən çıxarılaraq Sədərək
rayonunun tabeliyinə verilsin.
3. Şərur rayonunun inzibati ərazisindən dövlət mülkiyyətində
olan 4444 ha torpaq sahəsi bu Qanuna əlavə edilmiş xəritələrə
uyğun olaraq Sədərək rayonunun inzibati ərazisinə birləşdirilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 fevral
2021-ci il
Azərbaycan.-2021.- 14 mart.- S.2.