Dünya Bankı Azərbaycanın yeni uğurunu elan etdi
Dünya Bankının hazırladığı
“İqtisadi İnklüzivliyin
Vəziyyəti” 2021-ci il
hesabatına əsasən,
Azərbaycan həyata
keçirdiyi inklüzivlik
proqramları ilə digər ölkələrə
nümunə ola bilər.
Hesabatda
ölkəmizdə “Məcburi
köçkünlərin iqtisadi
inkişafına yardım
layihəsi” təhlil edilib. İlk dəfə təqdim olunan təhlildə ifrat yoxsul və həssas əhali qrupları üçün
nəzərdə tutulan
iqtisadi inklüzivlik proqramlarının qlobal qiymətləndirilməsi aparılıb.
Hesabat bu sahədə məlumat boşluğunu doldurmaqla yanaşı, iqtisadi inklüzivlik proqramlarının ilk dəfə sistematik icmalını təqdim edir. Eyni zamanda təhlildə ölkələrin
sosial müdafiə sisteminə, yeni iş yerləri və minimum iqtisadi vasitələrlə
təminata investisiyaları
artırmaq yolları və maliyyə əlçatanlığı ilə
ən yoxsul əhalinin özünə
layiqli gələcək
qurmaq imkanlarını
aydınlaşdırır. 219 aktiv iqtisadi inklüzivlik proqramı həyata keçirən 75-dən çox ölkənin təcrübəsi
təhlil edilən hesabatda iqtisadi inklüzivlik və məzun proqramlarının
genişləndirilməsi imkanları
da araşdırılır.
İqtisadi
İslahatların Təhlili
və Kommunikasiya Mərkəzinin (İİTKM) baş
analitiki Günay Quliyeva şərhində yazır ki, təqdim edilən təhlildə baza-xərc
strukturunun dəqiqləşdirilməsi
iqtisadi inklüzivlik proqramlarının xərc
səmərəliliyini daha
yaxşı qiymətləndirməyə
şərait yaradır. Hesabat hökumət və qeyri-hökumət proqramlarının mürəkkəb
xərc təhlilini sadələşdirməyə yeni
imkanlar açır:
“Hesabatda göstərilir
ki, iqtisadi inklüzivlik proqramlarının
ümumi dəyərinin
hesablanmasında “etiket
qiyməti” (price tag) yanaşması yanlış
ola bilər. Belə ki, iqtisadi inklüzivlik
proqramlarının dəyəri
qrantlar, pul köçürmələri, aktiv
və ya istehsal vasitələri transfertləri
və sosial müdafiə ödəmələri
formalarından birini istifadə edərək yaradılan dəyərlə
müəyyənləşir. Hesabatın nəticələrinə əsasən,
təhlil olunan 219 iqtisadi inklüzivlik proqramının
müəyyən dövr
üçün
(ortalama 3 il yarım) adambaşına yaratdığı dəyər
41 ilə 2253 ABŞ dolları (2011-ci
il alıcılıq
qabiliyyəti pariteti üzrə) arasında dəyişir.
Azərbaycan bu göstərici üzrə
adambaşına 2056 ABŞ dolları dəyər yaratmaqla ən yuxarı sıralardadır”.
İİTKM-nin
baş analitikinin şərhində o da bildirilir ki, hesabata görə, Azərbaycanda seçilmiş
proqram əsasən iqtisadi fəaliyyətin inkişafına və özünüməşğulluğa yönəldiyi üçün
başlıca xərc
komponenti ümumi xərcin 56 faizi olmaqla aktiv transfertləri təşkil edir. Çatdırılma və
işçi xərclərinin ümumi xərclərdə
dəyəri üzrə
Azərbaycan 14 faizlə
təhlil olunan proqramlar üzrə orta göstərici olan 13 faizdən cüzi aşağıdır.
Hesabata əsasən, inklüzivlik
proqramlarında həssas
əhali qrupunun iqtisadi inkişafını
təmin etmək üçün aktiv transfertlər (adambaşına
düşən orta illik istehlakın 67 faizini təşkil edən 1469 ABŞ dolları
dəyərində) göstəricisinə
görə Azərbaycan
sıralanan ölkələr
arasında liderdir.
Yəni “Məcburi köçkünlərin iqtisadi
inkişafına yardım
layihəsi” çərçivəsində
verilən qrantlar bankda hesab açıb
hüquqi şəxs kimi aidiyyəti qurumlarda qeydiyyatdan keçərək biznes fəaliyyətinə başlamağa
imkan verir.
Beləliklə,
İİTKM-nin baş
analitiki Günay Quliyeva yekun qənaətə gəlir. Onun sözlərinə görə,
hesabatın hazırlanması
zamanı aparılan təhlillər bir daha təsdiq edir ki, Azərbaycan həssas əhali qrupunu layiqli həyat şəraiti ilə təmin etmək üçün iqtisadi inklüzivlik proqramlarını uğurla
həyata keçirir.
Bu təcrübədən
Qarabağa böyük
qayıdış prosesində
geniş istifadə olunacaq.
Bahadur İMANQULİYEV,
Azərbaycan. - 2021.- 20 mart.- S.1; 4.