Qarabağda salınan yollar bütün regionun gələcək yüksəlişinə hesablanıb

 

 

 

Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, 30 il sürmüş münaqişə öz həllini tapdıqdan sonra regional əməkdaşlıq  inkişaf üçün yeni imkanlar açılıb. Azərbaycan  əməkdaşlığa, düşmənçilik səhifəsini geridə qoymağa, regionda  proqnozlaşdırıla bilən  daha yaxşı vəziyyəti təmin etmək üçün qonşularımızla dürüst şəkildə işləməyə hazırdır.

 

İşğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilməsinə başlanan layihələr bu sözlərin əyani təsdiqidir. Bunların arasında  yol layihələrinin öz yeri var.

 

İndi həmin ərazilərdə avtomobil yollarının çəkilişi  diqqət mərkəzindədir.  Dövlət başçısı Füzuli    Xocavənd  rayonlarına səfəri zamanı  bunu bir daha vurğulamışdır.  Avtomobil yolları inşasının azad edilmiş ərazilərin bərpası üçün böyük əhəmiyyət daşıdığını bildirmişdir.

 

Prezident  bu  səfər çərçivəsində Füzuli-Hadrut avtomobil yolunun təməlini qoymuşdur. Yol başlanğıcını  Zəfər yolu”ndan götürür yeni inşa ediləcək Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yoluna birləşir. Uzunluğu 13 kilometr olan bu yol dörd  hərəkət zolaqlı olacaq. Yol boyunca avtomobil körpüləri  inşa ediləcək.

 

Dövlət  başçısı eləcə Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolunun təməlini qoymuşdur. Bu yol isə başlanğıcını Hadrut yaşayış məntəqəsindən götürməklə Cəbrayıl rayonundan keçməklə Şükürbəyli kəndində Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi avtomobil yoluna birləşir. Uzunluğu 43 kilometr olacaq. Dörd hərəkət zolaqlı  yol boyunca  avtomobil körpüləri tikiləcək.

 

Azərbaycanın tarixi ərazisi olan Hadrut yaşayış məntəqəsindən başlanan həmin yol işğaldan azad olunmuş digər bölgələri birləşdirəcək. Belə ki, Cəbrayıl rayonundan keçməklə Şükürbəyli kəndinədək uzanacaq. Mütəxəssislər bu yeni yolu  strateji əhəmiyyət daşıyacağına görə yüksək dəyərləndirirlər. Çünki o, Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi avtomobil yoluna birləşəcək   praktik olaraq Zəngəzur dəhlizi vasitəsiləŞərq-Qərbbeynəlxalq nəqliyyat dəhlizinə inteqrasiya olunacaq. Bu, Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Yol dəhliz vasitəsilə həm Azərbaycanın qərb hissəsində   Naxçıvanda fəaliyyət göstərən adamları arasında əlaqələrin qurulması baxımından vacibdir.  Bu, qısa vaxtda müxtəlif məhsulların  daşınmasına imkan yaradacaq. Beləliklə, bunun işğaldan azad olunan ərazilərimizin, Naxçıvan Muxtar Respublikasının ümumiyyətlə, Azərbaycanın  iqtisadiyyatına müsbət təsirləri olacaq.

 

Prezident İlham Əliyev  sözügedən  səfər zamanı xatırlatmışdır ki, təməli qoyulan  yeni yollar  bu qəbildən  olan birinci layihələr deyil: “Artıq bir neçə yol layihəsi icra edilməkdədir. Azad edilmiş torpaqların bərpası başlamışdır. Füzulidən Şuşaya yol çəkilir - “Zəfəryolu çəkilir. Eyni zamanda Bərdə-Ağdam yolunun çəkilişi yaxın gələcəkdə icra ediləcəkdir. Horadizdən Zəngilana qədər yol çəkiləcək. Bir sözlə, müharibədən dörd ay keçməsinə baxmayaraq, böyük quruculuq işləri başlamışdır.”

 

Məlum olduğu kimi, işğaldan azad olunmuş bölgələrimizdə bir neçə istiqamətdə yeni yollar çəkilir. O cümlədən Tərtər-Çaylı-Suqovuşan-Talış avtomobil yolunun tikintisi aparılır. Uzunluğu 29 kilometr olan bu yolun bərpası işlərinə Prezidentin tapşırığına əsasən, Tərtər rayonunun Suqovuşan qəsəbəsi Talış kəndi işğaldan azad edilən kimi başlanıb. 9 metr enində asfalt-beton örtüyü olan, ümumi eni isə 12 metr təşkil edən avtomobil yolu artıq tikilib. Hazırda Tərtər-Çaylı-Suqovuşan-Talış avtomobil yolunun Goranboy rayonunun Tapqaraqoyunlu kəndindən Naftalan rayonunun Qaraqaşlı sanatoriyasından keçməklə Naftalan şəhərinədək davam etdirilməsi istiqamətində işlər aparılır. Bununla Tərtər rayonu ilə Goranboy Naftalan rayonları arasında alternativ yeni avtomobil yolu bağlantısı yaradılacaq.

 

Həyata keçirilən ilkin infrastruktur layihələri sırasında  Şuşa şəhərinə çəkilən yolun  özünəməxsus yeri var. Belə ki, Şuşaya ənənəvi yollar hazırda bizim üçün o qədər məqbul deyil. Bu gün oraya getmək üçün yeni yol çəkilişi mütləq lazımdır. Relyefin çətinliyinə xüsusilə  hələ havaların soyuq keçməsinə  baxmayaraq, Əhmədbəyli-Alxanlı-Füzuli-Şuşa yolu inşa olunur.

 

Gerçəkləşəcək  digər layihə  Toğanalı - Kəlbəcər yoludur. Bu da çox çətin relyefdən keçən bir yoldur, çünki bəzi yerlərdə yüksəklik 3500 metrə çatır. İndiki hava şəraitində belə bir yüksəklikdə irəliləmək çətin olsa da, tunellərin tikintisi nəzərdə tutulur bu layihə icra edilir. Horadizdən Zəngilana, oradan Qubadlıya Qubadlıdan Laçın rayonuna qədər yol çəkilşi nəzərdə tutulur. Toğanalıdan Kəlbəcərə çəkiləcək yol da Laçın rayonuna qədər davam etdiriləcək.

 

Xatırladaq ki, son 17 ilin hər birində ölkəmizdə ən azı 1000 kilometr yeni yol salınmış, yaxud əsaslı şəkildə yenidən qurulmuşdur. Yol tikintisi Azərbaycanın hər tərəfini əhatə etmişdir. Bu müddət ərzində çoxsaylı magistrallar çəkilmiş, eyni zamanda bölgələr kəndlər arasında əlaqə yaradan yollar tikilmiş ya tam təmir edilmişdir. İndi ən ucqar dağ kəndlərimizə rahat yollarla çatmaq mümkündür. Prezident İlham Əliyev keçən ilin yekunlarına həsr olunmuş videoformat şəklində keçirilən müşavirədə bildirmişdir ki, yol layihələrimiz davamlıdır. Deməli, 2021-ci ildə yurdumuzun qoynunda  yeni yollar açılacaq xoş ki, onların xeyli hissəsi  əzəli-əbədi torpaqlarımızda - Qarabağda çəkilir.

 

 

 

Flora SADIQLI,

 

Azərbaycan. - 2021.- 20 mart.- S.1; 4.