Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 dekabr tarixli 1149 nömrəli Fərmanı ilə təsdiq edilmişTikinti infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin investorlar tərəfindənTik-idarə et-təhvil vermodeli çərçivəsində həyata keçirilməsinin şərtləri, tikinti infrastruktur obyektlərinin növlərinə uyğun olaraq investorlar qarşısında qoyulan tələblər, bağlanılan müqavilələrin xüsusiyyətləri şərtləri, investisiya qoyuluşu nəticəsində əldə olunacaq mal xidmətlərin dəyərinin müəyyənləşdirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

 

 

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 dekabr tarixli 1149 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 2, maddə 2067; 2019, ¹ 3, maddə 413; 2020, ¹ 1, maddə 9) ilə təsdiq edilmişTikinti infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin investorlar tərəfindənTik-idarə et-təhvil vermodeli çərçivəsində həyata keçirilməsinin şərtləri, tikinti infrastruktur obyektlərinin növlərinə uyğun olaraq investorlar qarşısında qoyulan tələblər, bağlanılan müqavilələrin xüsusiyyətləri şərtləri, investisiya qoyuluşu nəticəsində əldə olunacaq mal xidmətlərin dəyərinin müəyyənləşdirilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

 

1. 1.3.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

 

“1.3.2. namizəd - investisiya layihələrinin TİT modeli çərçivəsində həyata keçirilməsinə maraq göstərərək, bu məqsədlə təşkil olunmuş müsabiqədə iştirak edən investor;”.

 

2. 2.1-ci bəndin dördüncü cümləsi aşağıdakı redaksiyada verilsin:

 

İnvestisiya layihəsinə dair ətraflı texniki-iqtisadi əsaslandırma sənədinin hazırlanmasını namizədlər, layihə-smeta ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərinin hazırlanmasını isə qalib olan investor təmin edir.”.

 

3. 2.3-cü bənd üzrə:

 

3.1. 2.3.2-ci yarımbənddəinvestorun verməli olduğusözləriverilməli olansözləri ilə əvəz edilsin;

 

3.2. 2.3.5-ci yarımbənddənamizəd şirkətlərəsözlərinamizədlərəsözü ilə əvəz edilsin;

 

3.3. 2.3.6-cı yarımbənddənamizəd şirkətinsözlərinamizədinsözü ilə əvəz edilsin.

 

4. 2.5.1-ci, 2.5.2-ci yarımbəndlərdə, 2.7-ci (hər iki halda) 4.2-ci bəndlərdənamizəd şirkətlərsözlərinamizədlərsözü ilə əvəz edilsin.

 

5.  2.6-cı bənd aşağıdakı redaksiyada verilsin:

 

“2.6. Müsabiqənin keçirilməsi zamanı namizədlərə bərabər tam hüquqlu iştirak imkanı verilir.”.

 

6. Aşağıdakı məzmunda 2.7-1-ci bənd əlavə edilsin:

 

“2.7-1. Aşağıdakı hallarda səlahiyyətli orqanın əsaslandırılmış qərarı ilə investor müsabiqə keçirilmədən birbaşa cəlbetmə üsulu ilə müəyyən edilir:

 

2.7-1.1. insan tələfatına, insanların səhhətinə ya ətraf mühitə ziyan vurulmasına, əhəmiyyətli maddi itkilərə insanların həyat fəaliyyəti şəraitinin pozulmasına səbəb olmuş fövqəladə hadisə ilə əlaqədar olaraq hər hansı investisiya layihəsinin həyata keçirilməsinə təcili ehtiyac yaranması bununla bağlı müsabiqənin təşkilinin keçirilməsinin sərf ediləcək vaxt baxımından məqsədəuyğun olmaması;

 

2.7-1.2. investisiya layihəsinin yalnız konkret investor tərəfindən həyata keçirilməsinin mümkünlüyü ya konkret investorun investisiya layihəsinin predmeti ilə bağlı müstəsna hüquqlara malik olması, heç bir alternativinin ya əvəzedicisinin olmaması.”.

 

7. 2.8-ci 2.9-cu bəndlər aşağıdakı redaksiyada verilsin:

 

“2.8. Bütün namizədlər ya müəyyən namizədlər arasında keçirilən müsabiqənin baş tutmuş hesab edilməsi üçün bu üsullarla keçirilən müsabiqədə  azı 2 (iki) namizəd iştirak etməlidir. Keçirilən müsabiqədə namizədlərin sayı 2-dən (ikidən) az olduqda, müsabiqə baş tutmamış hesab edilir.

 

2.9. Bütün namizədlər ya müəyyən namizədlər arasında keçirilmiş müsabiqədə müsabiqə qalibinin müəyyən edilməsi mümkün olmadığı ya müsabiqə baş tutmadığı təqdirdə, investor, bu sənədin 2.7-1-ci bəndində nəzərdə tutulmuş hallara istinad edilmədən səlahiyyətli orqanın əsaslandırılmış qərarı qəbul edilməklə, birbaşa cəlbetmə üsulu ilə müəyyənləşdirilir. Bu cür qərarda müəyyənləşdirilmiş investorun təcrübəsinin, texniki, maliyyə digər göstəricilərinin layihənin xüsusiyyətlərinə uyğunluğu, habelə müsabiqə üzrə nəzərdə tutulmuş şərt tələblərə edilən hər bir dəyişikliyin zəruriliyi əsaslandırılmalıdır.”.

 

8. 2.10-cu bənddənamizəd şirkətləsözləriinvestorlasözü ilə əvəz edilsin.

 

9. 2.11-ci bəndin birinci cümləsindəMüsabiqənin qalibisözləri “İnvestor” sözü ilə əvəz edilsin həmin cümlədən “investor” sözü çıxarılsın.

 

10. 3-cü hissənin adındaSəlahiyyətli orqanla investor arasında bağlanılan müqavilələrinsözləriMüqavilələrinsözü ilə əvəz edilsin.

 

11. 3.1.5-ci yarımbənddəinvestorun istehsal edəcəyisözləriinvestisiya qoyuluşu nəticəsində əldə olunacaqsözləri ilə əvəz edilsin.

 

12. 3.1.8-ci yarımbənddəistehsal olunansözləri 3.5-ci bənddəistehsal ediləcəksözləriəldə olunacaqsözləri ilə əvəz edilsin.

 

13. 3.6-cı bənd aşağıdakı redaksiyada verilsin:

 

“3.6. İnvestisiya layihəsinin həyata keçirilməsi ilə əlaqədar səlahiyyətli orqana aşağıdakılarla bağlı təminat verilməlidir:

 

3.6.1. namizədlər tərəfindən müsabiqə təklifinə;

 

3.6.2. müəyyənləşdirilmiş investor tərəfindən investisiya layihəsinin predmeti olan tikinti infrastruktur obyektlərinin onlara oxşar obyektlərin tikintisi (inşası, cari əsaslı təmiri, yenidən qurulması, bərpası) istismara qəbul edilməsi ilə bağlı öhdəliklərinin imzalanacaq müqavilə ilə müəyyən edilən müddətdə qaydada icrasına.”.

 

14. 3.7-ci 3.8-ci bəndlər aşağıdakı redaksiyada verilsin:

 

“3.7. Bu sənədin 3.6-cı bəndində nəzərdə tutulan təminatların məbləğini, təqdim edilmə qüvvədə olma müddətlərini səlahiyyətli orqan müəyyən edir   investisiya layihəsinə dair, habelə investor qarşısında müəyyən edilən şərtlərdə tələblərdə göstərir.

 

3.8. Bu sənədin 3.6.1-ci yarımbəndində nəzərdə tutulan təminatın məbləği müsabiqə təklifi dəyərinin, 3.6.2-ci yarımbəndində nəzərdə tutulan təminatın məbləği isə investisiya layihəsinin dəyərinin 5 (beş) faizinədək həcmdə müəyyən edilir.”.

 

15. 3.14-cü bənddə “3.13-cü” sözləri “3.12-ci” sözləri ilə əvəz edilsin.

 

16. 4.1-ci bənddəilə investor arasında razılaşmaya əsasən,” sözləritərəfindənsözü ilə əvəz edilsin.

 

17. 4.1.2-ci yarımbəndin ikinci cümləsindəistehsalı nəzərdə tutulansözləriəldə olunacaqsözləri ilə əvəz edilsin.

 

18. 4.3-cü bəndin ikinci cümləsindəinvestorasözünamizədəsözü ilə əvəz edilsin.

 

19. 4.5-ci bənddə investorun razılığı iləsözləritərəfindənsözü ilə əvəz edilsin.

 

20. 5.6-cı bəndin ikinci cümləsindərəsmi dövlət xaricisözlərirəsmi dövri mətbu nəşrlərdə beynəlxalq miqyasda yayılansözləri ilə əvəz edilsin həmin cümləyəmeyarlarını,” sözündən sonramüsabiqədə iştirak haqqını,” sözləri əlavə edilsin.

 

21. 5.8-ci bənddəinvestorsözünamizəd iştirak haqqını ödədikdən sonrasözləri ilə əvəz edilsin həmin bəndə aşağıdakı məzmunda ikinci-dördüncü cümlələr əlavə edilsin:

 

Müsabiqədə iştirak haqqını müsabiqə xərclərindən (elanın verilməsi, sənədlərin çap edilməsi, bildirişlərin göndərilməsi, ezamiyyə, ekspertlərin cəlb edilməsi) çox olmamaq şərtilə müsabiqə komissiyası müəyyənləşdirir. İştirak haqqı namizədlərə geri qaytarılmır. İştirak haqqının müsabiqə xərclərindən artıq qalan hissəsini səlahiyyətli orqan dövlət büdcəsinə köçürür.”.

 

22. 5.14-cü bəndin birinci cümləsindəşirkətsözüinvestorsözü ilə əvəz edilsin.

 

23. 5.21-ci bəndin birinci cümləsinəqalibi arasındasözlərindən sonra “30 (otuz) günü ərzindəsözləri əlavə edilsin həmin bəndin ikinci cümləsi çıxarılsın.

 

24. 6.0.5-ci yarımbənd ləğv edilsin.

 

25. 6.0.6-cı yarımbənd aşağıdakı redaksiyada verilsin:

 

“6.0.6. müsabiqənin qalibi olan investorla imzalanması nəzərdə tutulmuş müqavilənin layihəsini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaq müqavilə imzalandığı tarixdən 5 (beş) günü müddətində həmin müqavilənin surətini Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etmək;”.

 

 

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

 

 

Bakı şəhəri, 19 mart 2021-ci il

 

Azərbaycan. - 2021.- 20 mart.- S.2.