36-cı
əfv
İlham Əliyev 625 ailəyə sevinc bəxş etdi
Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş
humanizmə sadiqlik ənənəsini Prezident
İlham Əliyev layiqli şəkildə davam etdirir. 2003-cü ildən bu günədək
İlham Əliyevin qəbul etdiyi qərarlarda, imzaladığı
sənədlərdə onun
siyasi iradəsinin şahidi oluruq.
İndiyədək
əlamətdar günlərdə
əfv sərəncamları
imzalamaqla minlərlə
ailəyə sevinc bəxş edən, cəmiyyətin xoş ovqatını daha yüksəldən dövlət
başçısının budəfəki Novruz bayramı ərəfəsində
daha 625 ailəni sevindirməsi də bunun bariz təcəssümüdür. “Məhkum
edilmiş bir sıra şəxslərin
əfv olunması haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 mart tarixli Sərəncamı bir daha Azərbaycan
dövlətinin humanist
siyasət yürütdüyünü,
dövlət başçısının
humanizm dəyərlərinə
bağlı olduğunu
göstərir.
Bu, Prezident
İlham Əliyevin indiyədək imzaladığı
36-cı, ümumiyyətlə isə Azərbaycanda sayca icra olunan
67-ci əfv sərəncamıdır.
Milli həmrəyliyə
istiqamətlənmiş bu
humanist addımlar, ümumilikdə, indiyədək
9 minə yaxın şəxsi əhatə edib. Törətdiyi cinayət əməlindən
səmimi peşmançılıq
keçirən, azad cəmiyyətə və normal həyata qovuşmaq istəyən məhkumların əksəriyyəti
azadlıqdan məhrumetmə
cəzasının çəkilməmiş
hissəsindən azad olunublar.
Qeyd
edək ki, budəfəki əfv sərəncamı şamil
olunduğu şəxslərin
sayına görə ən böyük humanist aktlardan biridir. (Ən böyük əfv sərəncamı 2018-ci il
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının
100 illiyi ilə əlaqədar imzalanan sərəncamdır - 634 məhkuma
şamil edilib). Əfv edilən
625 məhkumdan 475-i azadlıqdan
məhrumetmə cəzasından
azad olunub. Əfv olunmaları həmin insanlara bundan sonra həyatda
öz yollarını
düzgün seçməklə
bağlı verilmiş
çox gözəl imkan və şansdır.
Bu şansın verilməsi isə Azərbaycan dövlətinin
humanizm siyasətinin mahiyyətindən və məzmunundan irəli gəlir.
98 şəxsin isə azadlıqdan məhrumetmə cəzasının
çəkilməmiş hissəsi
yarıyadək azaldılıb.
49 nəfər isə
azadlıqdan məhrumetmə
ilə bağlı olmayan müxtəlif cəzalardan azad edilib. Bir neçə
məhbusun isə cəzasının müddəti
azaldılıb. Belə
ki, ömürlük azadlıqdan məhrumetmə
cəzasına məhkum
edilmiş 3 nəfərin
cəzası 25 il müddətinə azadlıqdan
məhrumetmə cəzası
ilə əvəzlənib.
Prezident İlham Əliyev tərəfindən mütəmadi
olaraq imzalanan və Azərbaycan ictimaiyyəti tərəfindən
olduqca yüksək qiymətləndirilən əfv
sərəncamları beynəlxalq
səviyyədə də
təqdir olunur. Bu eyni zamanda
Azərbaycanın müsbət
beynəlxalq imicinə
böyük töhfə
verir. Azərbaycan yeganə ölkədir ki, qısa müddətdə,
yəni müstəqillik
dövründə 11 amnistiya
aktı, 67 əfv sərəncamı imzalanıb.
Beləliklə, yüzlərlə ailə
Novruz bayramını daha yüksək sevinclə qeyd edəcək. Yüzlərlə
insan bayram ərəfəsində doğmalarına,
qohumlarına qovuşacaq.
Bu, Azərbaycan dövlətinin və onun liderinin illərdir davam etdirdiyi humanizm siyasətinin növbəti
parlaq nümunəsidir.
Rəşad BAXŞƏLİYEV,
Azərbaycan. - 2021.- 20 mart.- S.2.