Müzəffər Ali Baş Komandan İlham Əliyev: Vətən müharibəsinin
hər günü bizim şanlı tariximizdir
“İlham Əliyev. İnkişaf - məqsədimizdir”
çoxcildliyinin “Qələbə
kitabı” çapdan çıxıb
Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün
hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər,
kəndlər, qəsəbələr,
yüksəkliklər azad
edilirdi. Azərbaycan əsgəri, Azərbaycan
zabiti bir amalla vuruşurdu ki, bu işğala
son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət
zəfər çalsın,
tarixi ədalət zəfər çalsın
və buna nail olduq.
AZƏRTAC xəbər
verir ki, “İlham Əliyev. İnkişaf - məqsədimizdir”
çoxcildliyinin “Qələbə
kitabı” adlanan nəşrində yer alan bu fikirləri
Azərbaycan Prezidenti,
Silahlı Qüvvələrin
Müzəffər Ali
Baş Komandanı
2020-ci il dekabrın
10-da Bakının Azadlıq
meydanında Vətən
müharibəsində Qələbəyə həsr
olunmuş Zəfər
paradında çıxışı
zamanı söyləyib.
Çoxcildliyin növbəti kitabındakı
materiallar 2020-ci ilin noyabrın 8-dən dekabrın
21-dək olan dövrü
əhatə edir. Azərbaycan xalqı və rəşadətli ordumuz Prezident İlham Əliyevin rəhbərliyi
ilə 44 günlük
Vətən müharibəsində
müasir tariximizin ən şanlı səhifəsini yazdı. Otuz il davam
edən işğala son qoyuldu, ölkəmizin
ərazi bütövlüyü
bərpa edildi. Bununla da Azərbaycan
bölgədə yeni
reallıqlar yaratdı.
“İlham Əliyev. İnkişaf - məqsədimizdir”
çoxcildliyinin 108-ci cildi
olan “Qələbə
kitabı” bu şanlı Zəfər tarixi barədə qiymətli, mötəbər
mənbədir.
Kitab Prezident, Müzəffər
Ali Baş Komandan İlham Əliyevin ötən il noyabrın 8-də Şəhidlər xiyabanından
xalqa müraciəti ilə açılır.
Xalqımıza Şuşanın
işğaldan azad edilməsi müjdəsini
verən dövlətimizin
başçısı öz
hisslərini belə ifadə edib: “Böyük fəxarət
və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan
azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən
təbrik edirəm. Bütün şuşalıları
ürəkdən təbrik
edirəm.
İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz
bu tarixi Qələbəni döyüş
meydanında qazandıq.
2020-ci il noyabrın
8-i Azərbaycan tarixində
əbədi qalacaqdır.
Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı
Qələbəmizin, zəfərimizin
günüdür!”.
Şuşanın azad edildiyi gün
– 8 noyabr Prezidentin Sərəncamı ilə
Zəfər Günü
elan edilib. Kitabdakı materiallar sırasında yer alan bu
Sərəncamla xalqımızın
qüdrətinin və
milli qürurumuzun təntənəsinə çevrilən,
dövlətimizin nüfuzu
və gələcək
inkişafı baxımından
müstəsna əhəmiyyət
kəsb edən bu misilsiz qələbə
əbədiləşdirilib.
Noyabrın 9-da “BBC News”a müsahibə verən dövlətimizin
başçısı Ermənistanın
işğalçı siyasətini
dərin məntiqə
söykənən fikirlər,
təkzibolunmaz dəlillər,
tarixi faktlar əsasında bir daha ifşa etdi. Bu müsahibənin
mətni də 108-ci kitaba daxil olunub.
“Qələbə kitabı”nda,
həmçinin Ermənistanın
kapitulyasiyasını təsdiqləyən
2020-ci il 10 noyabr tarixli üçtərəfli
Bəyanat, habelə bununla bağlı Prezident İlham Əliyevin xalqa müraciətinin mətni
ilə tanış olmaq mümkündür. Düşmənin təslim
olduğu barədə
xəbəri xalqa çatdıran dövlətimizin
başçısı deyib:
“Bu qələbə düşməni məcbur
etdi ki, Ağdam, Laçın, Kəlbəcər rayonlarını
bizə siyasi yolla qaytarsın. Amma burada Ermənistan
tərəfinin xoş
niyyətini axtarmaq yersizdir. Onlarda xoş niyyət deyilən anlayış bütövlükdə yoxdur.
Sadəcə olaraq, məcbur oldu. Çünki bilirdi ki, bu sənədə
imza atmasa, özümüz alacağıq
bu torpaqları. Hər kəs bunu bilirdi. Mən
demişdim ki, qan tökmək istəmirəm, müharibəni
dayandırmalıyıq, rədd
olun bizim torpaqlarımızdan! Belə
də oldu”.
Dövlətimizin başçısı xalqa
müraciətində onu
da vurğulayıb ki, bu, bütün
Azərbaycan xalqının
qələbəsidir. Azərbaycan nə
qədər böyük,
nə qədər vətənpərvər, dəmir
iradəyə malik bir xalq olduğunu
bir daha göstərdi: “30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı
sındırmadı, iradəmizə
heç bir mənfi təsir göstərmədi. Əksinə,
biz daha da bütövləşdik,
daha da mətinləşdik,
daha da gücləndik,
özümüzü topladıq,
dedik ki, artıq yetər, biz bu işğala
dözməyəcəyik”.
Kitaba
Türkiyə Prezidenti
Rəcəb Tayyib Ərdoğanın Bakıda
keçirilən Zəfər
paradında çıxışının
mətni, qardaş ölkə liderinin Azərbaycana rəsmi səfəri çərçivəsində
imzalanan sənədlərə
dair informasiya, iki dövlətin başçılarının mətbuata
birgə bəyanatları
daxil edilib.
Nəşrdə
Azərbaycan Prezidentinin
Türkiyənin xarici
işlər naziri Mövlud Çavuşoğlu,
milli müdafiə naziri Hulusi Akar,
Milli Kəşfiyyat İdarəsinin rəisi Hakan Fidan, Rusiyanın
müdafiə naziri Sergey Şoyqu, xarici işlər naziri Sergey Lavrov,
fövqəladə hallar
naziri Yevgeni Ziniçev ilə görüşlərinə, İtaliya Deputatlar Palatasının sədr müavini Ettore Rosatonu, ATƏT-in Minsk qrupunun
həmsədrlərini, Əfqanıstanın
milli təhlükəsizlik
müşaviri Hamdullah
Mohib və Prezident Administrasiyasının
rəhbəri Məhəmməd
Şakir Karqarı qəbul etməsinə dair materiallar da yer alıb.
“Qələbə
kitabı”na, həmçinin
üçtərəfli Bəyanata
uyğun olaraq Ağdam, Kəlbəcər
və Laçın rayonlarının Azərbaycana
təhvil verilməsi ilə əlaqədar Prezidentin xalqa müraciətlərinin mətnləri,
dövlətimizin başçısının
1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşü,
işğaldan azad olunmuş Füzuli, Cəbrayıl, Ağdam rayonlarına tarixi səfərləri haqqında
materiallar, rəsmi “Twitter” səhifəsində
paylaşımları və
digər materiallar daxil edilib.
Oxucular çoxcildliyin 108-ci kitabında
Prezident İlham Əliyevin BMT Baş Assambleyasının COVID-19 ilə
mübarizəyə həsr
edilmiş xüsusi sessiyasında, MDB Dövlət
Başçıları Şurasının
iclasında çıxışlarının
mətnləri ilə
tanış ola bilərlər.
“Azərnəşr” tərəfindən
buraxılan “Qələbə
kitabı”nın hazırlanmasında
Azərbaycan Dövlət
İnformasiya Agentliyinin
(AZƏRTAC) materiallarından istifadə olunub.
Azərbaycan. - 2021.- 20 mart.- S.2.