Baş Nazir Əli Əsədovun Qazaxıstanın Baş naziri ilə telefon danışığı olub

 

 

Qazaxıstan tərəfinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Baş nazir Askar Mamin arasında telefon danışığı olub.

 

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, söhbət zamanı Askar Mamin öz həmkarını Novruz bayramı münasibətilə təbrik edib, Qazaxıstan Azərbaycan xalqlarının uzunəsrlik dostluğunun möhkəm təməllərə söykəndiyni deyib. Azərbaycanın uğurları xüsusi vurğulanıb.

 

Söhbət zamanı Azərbaycan ilə Qazaxıstan arasında münasibətlərin iqtisadi ticarət aspektlərinə dair bir sıra məsələlər müzakirə olunub.

 

Azərbaycan. - 2021.- 20 mart.- S.2.