Nazirlər Kabineti xüsusi karantin rejiminin uzadılması və aprel-may ayları üçün
ictimai nəqliyyatın
hərəkətinə dair
qərar qəbul edib
Nazirlər Kabinetinin Azərbaycan Respublikasının ərazisində
xüsusi karantin rejiminin müddətinin uzadılması barədə
Qərarı imzalanıb.
AZƏRTAC xəbər
verir ki, Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının
ölkə ərazisində
yayılmasının, onun
törədə biləcəyi
fəsadların qarşısının
alınması məqsədilə
Azərbaycan Respublikasının
ərazisində xüsusi
karantin rejiminin müddəti 2021-ci il 1 iyun saat 06:00-dək uzadılır.
Qərara əsasən aprel və may aylarında
ictimai nəqliyyatın
hərəkəti aşağıdakı
qaydada tənzimlənəcək:
- 2021-ci il 3 aprel
saat 00:00-dan 5 aprel saat 06:00-dək;
- 10 aprel saat 00:00-dan 12 aprel saat 06:00-dək;
- 17 aprel saat 00:00-dan 19 aprel saat 06:00-dək;
- 24 aprel saat 00:00-dan 26 aprel saat 06:00-dək;
- 1 may saat 00:00-dan 3 may saat 06:00-dək;
- 8 may saat 00:00-dan 10 may saat
06:00-dək;
- 15 may saat 00:00-dan 17 may saat
06:00-dək;
- 22 may saat 00:00-dan 24 may saat
06:00-dək;
-
29 may saat 00:00-dan 31 may saat 06:00-dək Azərbaycan Respublikası
ərazisində ictimai
nəqliyyatın hərəkəti
dayandırılır.
Azərbaycan. - 2021.- 20 mart.- S.3.