Şahmar Mövsümov: yoluxma sayındakı artım və “Britaniya ştammı”nın
ölkəmizdə aşkar
edilməsi ciddi narahatlıqlar yaradır
Artıq bir ildən çoxdur bütün dünya COVID-19 pandemiyası
ilə mübarizə
aparır. Pandemiya bütün ölkələrə
müxtəlif formada mənfi təsirlər edir. Beynəlxalq mətbuatdan da görürük ki, artıq bir sıra ölkələr yenidən qapanmalara gedirlər.
AZƏRTAC xəbər
verir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın martın
19-da təşkil etdiyi
brifinqdə Azərbaycan
Respublikası Prezidentinin
köməkçisi –Prezident
Administrasiyasının iqtisadi
məsələlər və
innovativ inkişaf siyasəti şöbəsinin
müdiri Şahmar Mövsümov bildirib.
“Təbii ki, məhdudiyyətlər virusun
yayılma sürətini
azaldır və ölkələrə səhiyyə
sisteminin davamlılığını
təmin etmək imkanı verir. Son zamanlar Azərbaycanda
da yoluxma sayı artır. Son məhdudiyyətlər
aradan qaldırıldıqdan
sonra bu, gözlənilən idi. Çünki yumşalmalardan
sonra insanların aktivliyi artdı və nəticə etibarilə yoluxmaların sayı da artım
müşahidə olunur.
Təbii ki, bu da narahatedici
məqamdır”, - deyən
Prezidentin köməkçisi
vurğulayıb.
Bu
gün verilən qərara əsasən, qarşıdakı bayram günlərində ictimai
nəqliyyatın fəaliyyət
göstərməyəcəyini bildirən Şahmar Mövsümov yoluxmaların
sayındakı artım
və “Britaniya ştammı”nın ölkəmizdə
aşkar edilməsi ciddi narahatlıqlar yaradır. Eyni zamanda, son bir
il ərzində dövlətimizin başçısının
və Birinci vitse-prezidentin nəzarəti
altında səhiyyə
sistemimizin imkanları
ciddi şəkildə
artırılıb. Həmçinin
yanvar ayından vaksinasiya prosesinə də başlanılıb.
Hazırda ümumilikdə
10 min çarpayılıq
xəstəxanalarda 1500-1600 xəstə müalicə
alır. Bu, bizə imkan verir ki, hazırda
ciddi sərtləşməyə
getməyək. Amma vətəndaşlarımıza
çatdırmaq istərdim
ki, yoluxma sayının kəskin artması və xəstəxanalarda müalicə
alanların çoxalması,
xüsusilə də reanimasiya şöbələrində
çarpayıların çatışmazlığı
müşahidə olunduqda
xüsusi sərtləşdirilmiş
şəraitə, yəni,
ciddi məhdudiyyətlərə
getmək məcburiyyətində qalacağıq.
Azərbaycan. - 2021.- 20 mart.- S.3.