Yaqut Qarayeva: Mutasiyalar
viruslara xas olan bir prosesdir
Hazırda dünyada SARS-CoV-2 virusunun üç variantı daha çox müzakirə olunur. Bunlardan biri də ötən il dekabrın
14-də Böyük Britaniya
tərəfindən Ümumdünya
Səhiyyə Təşkilatına
məlumatı verilmiş
Britaniya ştammıdır.
Mutasiyalar viruslara xas olan bir prosesdir.
Qrip xəstəliyinə
qarşı hər il yeni peyvənd istehsal olunur və onu vurmaq lazım
olur. Bu da qrip
virusunun çox sürətli şəkildə
cürbəcür mutasiyalarının
baş verməsidir.
Bir virusda mutasiyanın baş verməsi çox təbii bir prosesdir. Burada bizi daha çox
baş vermiş mutasiyanın xəstəliyin
və yoluxmanın gedişatına təsiri maraqlandırır.
AZƏRTAC xəbər verir ki, bunu
Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində
Tibbi Ərazi Bölmələrini İdarəetmə
Birliyinin (TƏBİB) Xəstəliklərin
profilaktikası və
kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.
"Bu günə qədər
rəsmi olaraq Ümumdünya Səhiyyə
Təşkilatı tərəfindən
bildirilən məlumat
odur ki, bu növ bundan
öncəki ştamlardan
daha sürətli yoluxmaya malikdir. Bütün dünyada həmin
ştammın yayılması
çox sürətlə
baş verir. Ona görə də həmin ştammın aşkarlandığı ölkələrdə
bəzi qabaqlayıcı
tədbirlər görülür.
Bundan əlavə, Braziliya və Cənubi Afrikada da yeni ştamlar aşkarlanıb ki, onların da xəstəliyin
gedişatına olan təsiri araşdırılır.
Ümumdünya Səhiyyə Təşkilatı
yeni ştammla əlaqədar olaraq, sadəcə, profilaktik tədbirlərin gücləndirilməsini
tövsiyə edir. Mövcud vaksinlər də yeni ştamlara
təsir göstərir.
Bu da bizi
vaksinasiya prosesini daha sürətlə aparmağa sövq edir".
Azərbaycan. - 2021.- 20 mart.- S.3.