Azərbaycanda koronavirus
infeksiyasına 879 yeni
yoluxma faktı qeydə alınıb
Azərbaycan Respublikasında koronavirus infeksiyasından 334 nəfər
müalicə olunaraq sağalıb, 879 yeni yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan
AZƏRTAC-a verilən məlumata
görə, COVID-19 üçün
götürülən analiz
nümunələri müsbət
çıxmış 11 nəfər
vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə
244 min 303 nəfərin
koronavirus infeksiyasına
yoluxması faktı müəyyən edilib. Onlardan 232 min 228 nəfər müalicə
olunaraq sağalıb,
3325 nəfər vəfat
edib. Aktiv xəstə sayı 8750 nəfərdir.
Ötən müddət ərzində
2 milyon 756 min 457 test aparılıb.
Bugünkü test sayı isə
9776-dır.
Azərbaycan. - 2021.- 20 mart.- S.3.