Beynəlxalq Humanitar
Yardım üzrə Respublika Komissiyasının
iclası keçirilib
Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədovun sədrliyi ilə Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının
videokonfrans formatında
iclası keçirilib.
Nazirlər
Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər
ki, iclasda ölkəmizə gətirilən
humanitar yardımların
qəbulu, təyinatı
üzrə paylanılması,
uçotu, nəzarətin
həyata keçirilməsi
və bunlarla bağlı digər işlərin təşkil
edilməsinə dair bir sıra məsələlər müzakirə olunub.
İclasda
irəli sürülmüş
təkliflərə dair
Komissiya üzvləri
tərəfindən müzakirələr
aparılıb, iclasın
yekunu olaraq Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının
yeni Əsasnamə layihəsinin qəbulu və Katibliyinin yaradılması istiqamətində
işlərin sürətli
davam etdirilməsi qərara alınıb.
Azərbaycan. - 2021.- 20 mart.- S.3.