Polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışı keçirilib
Azərbaycan
Respublikasının daxili
işlər naziri, general-polkovnik Vilayət Eyvazov martın 19-da respublikanın şəhər
və rayon polis orqanlarında vakant olan post-patrul
xidmətinin polis nəfəri vəzifələrində
xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.
Daxili İşlər Nazirliyinin
mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki,
nazir ayrı-ayrılıqda
hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti,
ümumi bilik səviyyəsi və dünyagörüşü ilə
maraqlanıb.
Kütləvi
informasiya vasitələrində,
o cümlədən nazirliyin
rəsmi saytında və sosial şəbəkələrdəki səhifələrində əvvəlcədən
verilmiş elana uyğun olaraq, nazirliyə onlayn qaydada müraciət etmiş iddiaçılardan
daha hazırlıqlı
olan 160 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.
Qeyd edək ki, onlardan 57 nəfəri torpaqlarımızın
işğaldan azad olunması uğrunda gedən döyüşlərdə
iştirak etmiş gənclər olub.
Tədbirdə
çıxış edən
general-polkovnik Vilayət
Eyvazov onları Novruz bayramı münasibətilə təbrik
edib, gələcək
fəaliyyətlərində uğurlar arzulayaraq daxili işlər orqanlarında xidmətə
qəbul ediləcək
gənclərə polis
adını və şərəfini uca tutmalarını, bilik və bacarıqlarını,
dünyagörüşlərini artırmalarını, üzərlərində
səylə çalışmalarını
və vətəndaş
məmnunluğunun təmininə
layiqli töhfələrini
vermələrini tövsiyə
edib.
Azərbaycan. - 2021.- 20 mart.- S.3.