İqtisadi sektorda işləyənlərin sayı
2,6 faiz artıb
Cari il fevralın 1-i vəziyyətinə ölkə
iqtisadiyyatında muzdla
çalışan işçilərin
sayı ötən ilin eyni dövrü
ilə müqayisədə
43,4 min nəfər və ya 2,6 faiz artaraq 1 milyon 684,4 min nəfər olmuşdur.
Dövlət Statistika Komitəsinin məlumatına görə,
onlardan 915,3 min nəfəri iqtisadiyyatın
dövlət, 769,1 min
nəfəri isə qeyri-dövlət sektorlarında
fəaliyyət göstərmişdir.
Muzdla
işləyənlərin 19,6 faizi təhsil, 18,5 faizi ticarət; nəqliyyat vasitələrinin
təmiri, 12,7 faizi sənaye, 8,3 faizi əhaliyə səhiyyə
və sosial xidmətlərin göstərilməsi,
7,5 faizi tikinti, 6,7 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat,
4,5 faizi nəqliyyat və anbar təsərrüfatı,
3,5 faizi kənd təsərrüfatı, meşə
təsərrüfatı və
balıqçılıq, 3,4 faizi peşə, elmi və texniki
fəaliyyət, 1,7 faizi
maliyyə və sığorta fəaliyyəti,
13,6 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar. 2021-ci ilin yanvar ayında
ölkə iqtisadiyyatında
muzdla çalışan
işçilərin orta
aylıq nominal əməkhaqqı əvvəlki
ilin müvafiq dövrünə nisbətən
3 faiz azalaraq 690,9 manata çatmışdır.
İqtisadiyyatın mədənçıxarma
sənayesi, maliyyə
və sığorta fəaliyyəti, informasiya
və rabitə, peşə, elmi və texniki
fəaliyyət, eləcə
də nəqliyyat və anbar təsərrüfatı
sahələrində orta
aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.
Azərbaycan. - 2021.- 20 mart.- S.3.