Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib
Martın 19-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti
onlayn iclasında iki məsələyə baxılıb.
Milli
Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən
AZƏRTAC-a bildirilib ki,
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Prezident,
Müzəffər Ali
Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizin
dirçəldilməsi və
yenidən qurulması
istiqamətində görülən işlərdən söz açıb, uzun illərdən sonra Azərbaycanın ərazi
bütövlüyü şəraitində
qeyd etdiyimiz Novruz bayramı münasibətilə təbriklərini
çatdırıb.
Onlayn
iclasda mahiyyət etibarı ilə bir-birini tamamlayan “Dövlət sosial sığorta sistemində
fərdi uçot haqqında” Qanunda dəyişiklik edilməsi
(birinci oxunuş) və Əmək Məcəlləsində dəyişiklik
edilməsi (birinci oxunuş) barədə qanun layihələrini Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin
Əmək qanunvericiliyi sektorunun müdiri Ziya Qasımov təqdim edib. Bildirib ki, ölkədə həyata keçirilən
sosial islahatlar nəticəsində sosial
sığorta, fərdi
uçot və pensiya təminatı sahəsində formalaşmış
vahid sistemin fəaliyyəti müasir tələblər səviyyəsində
təşkil olunub. Azərbaycan Prezidentinin 2018-ci il 5 sentyabr tarixli Sərəncamına əsasən
yaradılan “e-sosial.az” internet
portalı sayəsində
bu gün hər bir vətəndaş
özünə aid əmək müqaviləsi,
fərdi uçot, pensiya kapitalı, sosial təminat növləri, torpaq-pay mülkiyyəti, əlillik,
reabilitasiya, ödənilmiş
məcburi dövlət sosial sığorta haqları və s. ilə bağlı məlumatları
FİN nömrəsi ilə
həmin internet portalı üzərindən
əldə edə bilir. Bu da
şəhadətnamələrin kağız daşıyıcıda
verilməsinin aktuallığını
aradan qaldırır.
Deputatların nəzərinə çatdırılıb
ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Qanunda ümumilikdə 10 əlavə və dəyişiklik nəzərdə
tutulur. Təklif olunan dəyişikliklər
qəbul edildikdən sonra fərdi uçot sistemində proseslərin tam elektronlaşmasına mane olan hallar aradan
qaldırılacaq, elektron
pensiya sisteminin əhatə dairəsi genişlənəcək və
qənaət edilmiş
xərclər vətəndaşların
sosial müdafiəsinin
gücləndirilməsinə
yönəldiləcək. Əmək
Məcəlləsinə təklif
olunan redaktə xarakterli 3 əlavə və dəyişiklik də bu qanuna
ediləcək dəyişikliklərdən
qaynaqlanır.
Sonra iclasda iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Elnur Abbasov müzakirəyə
çıxarılmış qanun layihələrini şərh edib.
Müzakirələrdə Ailə, qadın və uşaq məsələləri komitəsinin
sədr müavini Jalə Əliyeva, deputatlardan Vüqar Bayramov, Soltan Məmmədov, Arzu Nağıyev qanun layihələrinə dair rəy və təkliflərini bildiriblər.
Nazirliyin nümayəndəsi
Elnur Abbasov deputatları maraqlandıran
suallara cavab verib.
Fikir mübadiləsinin yekununda
komitədə baxılan
məsələlər Milli
Məclisin plenar iclasına tövsiyə olunub.
Onlayn
iclasda Əmək və sosial siyasət komitəsi sədrinin müavini Məlahət İbrahimqızı
və komitə üzvləri Əziz Ələkbərov, Aqil Məmmədov, Rauf Əliyev, Sevinc Hüseynova, İlham Məmmədov, Ziyad Səmədzadə, Səttar
Möhbalıyev də
iştirak ediblər.
Azərbaycan. - 2021.- 20 mart.- S.3.