Revanşist təhlükəli fikirlərlə öz əhalisini zəhərləmək Ermənistana yaxşı heç vəd etmir

 

 

Azərbaycan Respublikası Prezidentinin Azərbaycan ərazilərinə səfərlər etməsi Ermənistan Xarici İşlər Nazirliyinin şərh mövzusu ola bilməz.

 

AZƏRTAC xəbər verir ki, bu fikirlər Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin açıqlamasında yer alıb.

 

Ermənistan XİN-i mövcud olmayan dağıntılar barədə danışmadan öncə 30 ilə yaxın müddətdə Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən həyata keçirilən tarixi, mədəni dini irsin talan edilməsi təmizləməsiyasəti, o cümlədən yüzlərlə abidənin yerlə-yeksan edilməsi, 63 məscidin tamamilə yer üzündən silinməsini unutmamalıdır.

 

Ermənistan tərəfi hələ anlamır ki, bu kimi ritorikadan uzaqlaşmaq imzalanmış üçtərəfli bəyanatların icrasına köklənmək lazımdır. Revanşist təhlükəli fikirlərlə öz əhalisini zəhərləmək Ermənistana yaxşı heç vəd etmir.

 

 

Azərbaycan. - 2021.- 20 mart.- S.2.