Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının 5-ci iclası olub

 

 

Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının 5-ci iclası keçirilib.

 

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, videokonfrans formatında keçirilən tədbirdə iqtisadiyyat naziri, Koordinasiya Şurasının sədri Mikayıl Cabbarov, Koordinasiya Şurasının üzvləriDövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, nəqliyyat, rabitə yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, ədliyyə nazirinin müavini Toğrul Musayev, xarici işlər nazirinin müavini Xələf Xələfov, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov, Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin rəisi Abbas Xəlilov, həmçinin dəvət olunan qismində Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov iştirak ediblər.

 

M.Cabbarov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qələbəsini vurğulayıb. Vətən müharibəsində canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Koronavirus pandemiyasının mənfi təsirlərindən danışan nazir dövlətimizin başçısının bu təsirlərin minimallaşdırılması üçün çevik zəruri qərarlar qəbul etdiyini diqqətə çatdırıb. Bildirilib ki, pandemiyanın iqtisadiyyatın bir çox sahələrinə mənfi təsir göstərməsinə baxmayaraq, tranzit sektorunda stabillik müşahidə olunub. Belə ki, 2020-ci ildə 8,2 milyon ton yük daşınıb əvvəlki illə müqayisədə cəmi 0,3 faiz azalma qeydə alınıb. Qeyri-neft sektoru üzrə tranzit daşımalarda yüklərin həcmi son 6 ildə 3,5 dəfədən çox artaraq ötən il 3,5 milyon ton təşkil edib. Daşımaların 83 faizi dəmir yolu, 17 faizi isə avtomobillə (TIR) həyata keçirilib. TIR-la tranzit daşımalar son 6 ildəŞərq-Qərbtranzit dəhlizi üzrə ildə orta hesabla 100 min ton artaraq keçən il 600 min tona çatıb. Dəmir yolu ilə daşımalarda ən çox artımŞimal-Qərbmarşrutu üzrə müşahidə olunub. Bu dəhlizlə daşımalar son 6 ildə 4 dəfə artıb.

 

Koordinasiya Şurasının sədri ötən ilin iyununda keçirilən Şuranın 4-cü iclasında qəbul edilmiş qərarların icrası ilə bağlı işlərin üzvlər tərəfindən aidiyyəti üzrə sürətləndirilməsinin zəruriliyini vurğulayıb.

 

İclasda tranzit yükdaşımaları istiqamətində həyata keçirilən islahatlar tədbirlər barədə məlumat verilib, bu sahədə mövcud vəziyyət səmərəliliyin artırılması, tarif prosedurların təkmilləşdirilməsi, “Şimal-CənubŞərq-Qərbtranzit dəhlizləri çərçivəsində Azərbaycanın rolunun gücləndirilməsi, gömrük anbarları sisteminin yaradılması sair məsələlər müzakirə olunub, Birləşmiş Tranzit Operatorunun direktoru vəzifəsinə Tamerlan Vahabovun təyin edilməsi, Koordinasiya Şurasının Katibliyinin işinin təşkili digər məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub.

 

 

Azərbaycan. - 2021.- 20 mart.- S.4.