Sıfırdan biznes necə qurulurmövzusunda vebinar keçirilib

 

 

 

Sumqayıt Şəhər Gənclər İdman Baş İdarəsi Gənclər İnkişaf Karyera Mərkəzinin Sumqayıt nümayəndəliyinin birgə təşkilatçılığı iləSıfırdan biznes necə qurulurmövzusunda gənclərlə vebinar formatda görüş keçirilib.

 

Zoominternet platformasında təşkil olunan görüşün məqsədiAzərbaycan Gəncliyi 2017-2021-ci illərdəDövlət Proqramından irəli gələn məsələlərin həlli, gənclərin sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi, bu sahədə biliklərə yiyələnmələri, həmçinin innovativ, startap ideyalarının reallaşdırılması istiqamətində maarifləndirmək asudə vaxtlarının səmərəli təşkili idi.

 

Beynəlxalq dərəcəli təlimçi Ramil Süleymanov, eləcə bank biznes sektoru üzrə mütəxəssis Arzu Qafarlının konsultasiyası ilə keçirilən görüşdə gənclərin şəxsi həyatında özünü reallaşdırması, düzgün biznes üçün bazarın araşdırılması, biznes planın tərtibi, komanda quruculuğu işgüzar yanaşma mövzusunda fikir mübadiləsi aparılıb. Təlimdə iştirakçılara onlayn xidmətləri satın alan virtual proqramlara qoşulub, düzgün istifadə edərək gəlir əldə etmə kimi biliklər aşılanıb.

 

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

 

 

Akif ƏLİYEV,

 

Azərbaycan. - 2021.- 20 mart.- S.4.