Azərbaycanın müdafiə
naziri Novruz bayramı münasibətilə
Ordumuzun şəxsi heyətini təbrik edib
Azərbaycan Respublikasının müdafiə
naziri, general-polkovnik Zakir Həsənov Novruz bayramı münasibətilə Azərbaycan
Ordusunun şəxsi heyətini təbrik edib.
AZƏRTAC
Müdafiə Nazirliyinin
mətbuat xidmətinə
istinadla xəbər verir ki, nazir
məktubda şəxsi
heyətə ən səmimi təbriklərini
çatdırıb, möhkəm
cansağlığı, çətin
və şərəfli
xidmətdə uğurlar
arzulayıb.
Qeyd olunub ki, ümummilli
lider Heydər Əliyevin uzaqgörən
və müdrik siyasəti nəticəsində
dövlət səviyyəsində
qeyd olunan Novruz, yazın gəlişindən, təbiətin
oyanışından xəbər
verir. Azərbaycan xalqı qədim zamanlardan müasir günümüzədək Novruz
ənənələrini inamla
qoruyub saxlayıb. Tariximizin ən sərt dönəmlərində belə
xalqımızın Novruz
bayramını özünəməxsus
coşqu, sevinc, yüksək əhval-ruhiyyə
ilə qeyd etməsi də xalqımızın öz
milli-mənəvi dəyərlərinə
verdiyi ən böyük qiymətin bariz nümunəsidir.
Bildirilib
ki, Prezident, Silahlı Qüvvələrin
Müzəffər Ali
Baş Komandanı İlham Əliyevin inamla davam etdirdiyi
uğurlu siyasət nəticəsində müstəqil
Azərbaycan Respublikasında
vətəndaş həmrəyliyi
əldə olunub, ölkəmiz dünya dövlətləri sırasında
ən layiqli yerlərdən birini tutub. Respublika iqtisadiyyatının fasiləsiz
inkişafı təmin
olunub, dövlətçilik
ənənələrimiz daha
da möhkəmlənib.
Dövlətimizin inkişafında
prioritet istiqamətlərdən
hesab edilən ordumuzun hərbi qüdrətinin gündən-günə
artırılması məqsədilə
atılan addımlar ölkədə həyata
keçirilən islahatların
əsas tərkib hissələrindəndir. Prezident İlham
Əliyevin rəhbərliyi
ilə dövlət və ordu quruculuğu
sahəsində görülən
mühüm işlər
sayəsində Azərbaycanın
dünyada nüfuzu daha da artıb,
xalq-dövlət-ordu birliyi
ən yüksək səviyyəyə çatıb.
“Bu inamlı fəaliyyətlərin
məntiqi nəticəsidir
ki, Müzəffər
Ali Baş Komandanın rəhbərliyi
altında ötən
il sentyabrın 27-də
Ermənistan silahlı
birləşmələrinin törətdiyi təxribatlara
qarşı rəşadətli
ordumuzun başladığı
və 44 günlük
Vətən müharibəsinə çevrilən uğurlu əks-hücum əməliyyatları
zamanı 30 ilə yaxın düşmən işğalında qalan tarixi torpaqlarımız əsgər və zabitlərimizin göstərdiyi
qəhrəmanlıqlar, fədakarlıq
nümunələri sayəsində
azad edildi. Müzəffər Ali Baş Komandanın qətiyyətli mövqeyi,
dəmir iradəsi və ordumuzun gücü sayəsində
Zəfər qazandıq.
Bu gün xalqın, dövlətin və ordumuzun birliyi sayəsində işğaldan azad edilən tarixi torpaqlarımızda üçrəngli
bayrağımız əzəmətlə,
qürurla dalğalanır.
Hərbi anda sədaqətə, çətin və şərəfli hərbi
xidmətdə fədakarlığa
görə hər birinizə minnətdarlığımı
bildirirəm”, - deyə
təbrik məktubunda
vurğulanıb.
Azərbaycanın
suverenliyinin, müstəqilliyinin
qorunması, ərazi bütövlüyünün bərpası
uğrunda canlarından
keçən bütün
şəhidlərimizin xatirəsini
hər zaman olduğu kimi, Novruz bayramı ərəfəsində də
dərin hörmət
və ehtiramla yad edildiyini məktubda qeyd edən general-polkovnik Zakir Həsənov onların valideynlərini,
ailələrini, Vətən
uğrunda sağlamlığını
itirən silahdaşları,
əziz veteranları bayram münasibətilə
təbrik edir, ən xoş arzularımı çatdırıb.
Azərbaycan. - 2021.- 20 mart.- S.5.