Tovuzda Novruz bayramı ilə əlaqədar şəhid
ailələri ziyarət
edilmişdir
Tovuz rayonunda şəhid ailələrinə diqqət
və qayğıkeşlik
göstərilir, onların
arzu və istəkləri öyrənilir,
həlli istiqamətində
lazımi işlər
görülür. Elə
bu günlərdə
- Novruz bayramı ərəfəsində rayon
rəhbərliyi bir qrup şəhid ailəsini ziyarət etmişdir.
Qovlar
şəhərində Xətai
Həsənovun, Düz
Cırdaxan kəndində
Kamran Əsgərovun,
Cəlilli kəndində
İlqar Zeynallının,
Aşağı Mülkülüdə
Orxan Eminalıyevin, Xatınlıda Vüqar Əmrahovun, Qaraxanlıda Rövşən Vəlixanovun,
Abulbəylidə Röyal
Aslanovun, Emin Mahmudovun, Aşağı Öysüzlüdə Seymur Mehdiyevin, Fikrət Zeynallının,
Yuxarı Öysüzlüdə
Yusif Ələsgərovun,
Vüqar Əkbərovun,
Münasib Yusifovun, Elmar Əhmədovun, Əlibəylidə Sərxan
Həsənovun, Anar Hüseynovun, Ağdam kəndində Elburus Yusifovun, Dondar Quşçuda Ruslan Quliyevin, Hüseyn Quliyevin, Əmrah Əliyevin, Aşağı
Quşçuda Elvin Qurbanlının, Füzuli
Süleymanovun, Həsrət
Ələsgərovun, Atəş
Aslanovun, Elburus Verdiyevin, Rəcəb Hüseynovun, Elçin Poladovun, Aran kəndində Vasif Heydərovun ailələri
ziyarət olunmuş, onlara bayram sovqatı
verilmişdir.
Ziyarət
zamanı şəhidlərin
xatirələri yad edilmiş, Azərbaycanın
haqq işi uğrunda cəsurluq və mərdlik nümunəsi göstərdikləri
diqqətə çatdırılmış,
onların həyat yolunun bundan sonrakı nəsillərə
örnək olduğu
vurğulanmışdır.
Şəhidlərimizin
döyüş yolundan
söz açan valideynlər övladlarının
qəhrəmanlığından qürur hissi keçirdiklərini, onlarla
fəxr etdiklərini dilə gətirərək
dövlət səviyyəsində
şəhid ailələrinə
göstərilən qayğıkeşlikdən,
xüsusilə Prezident,
Silahlı Qüvvələrin Ali Baş Komandanı
İlham Əliyevin şəhid ailələrinə
diqqətindən razılıqlarını
bildirmişlər.
Sabir ƏLİYEV,
Azərbaycan. - 2021.- 20 mart.- S.7.