Masallıda Vətən müharibəsi iştirakçısı
RİH-nin şöbə
müdiri təyin edilib
Baş leytenant Qəşəm Hadıyev Masallı Rayon İcra Hakimiyyəti başçısı
aparatının Vətən
müharibəsi iştirakçıları
və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri
vəzifəsinə təyin
olunmuşdur.
1979-cu ildə
Masallı rayonunun Şərəfə kəndində
anadan olan Qəşəm Hadıyev
1985-1996-cı illərdə kənd tam orta
məktəbində orta
təhsil almış,
1997-2001-ci illərdə Azərbaycan
Texniki Universitetinin Yerüstü nəqliyyat vasitələri və nəqliyyatın istismarı
fakültəsini bakalavr
dərəcəsi üzrə
bitirmişdir. 2001-2003-cü illərdə leytenant kimi Azərbaycan Respublikası
Silahlı Qüvvələrin
“N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olmuşdur.
Əmək fəaliyyətinə 2007-ci ildə
Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatında
təlimatçı kimi
başlamışdır. Sonra qısa
müddətə Masallı
Telekommunikasiya Qovşağında
Texniki şöbənin
rəisi işləmiş
və yenidən
2014-cü ilədək Yeni
Azərbaycan Partiyası
Masallı rayon təşkilatında çalışmışdır.
2014-cü ildən Masallı
Rayon İcra Hakimiyyəti başçısı
aparatının İctimai-siyasi
və humanitar məsələlər şöbəsinin
baş məsləhətçisi
vəzifəsində işləmişdir.
Azərbaycanın
ərazi bütövlüyünün
təmin olunması uğrunda başlanan Vətən müharibəsi
zamanı cəbhənin
Ağdərə-Suqovuşan istiqamətlərində gedən
döyüşlərdə iştirak edən Q.Hadıyev Prezidentin sərəncamı ilə
“Suqovuşanın azad
olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Seyran CAVADOV,
Azərbaycan. - 2021.- 20 mart.- S.7.