Türkiyənin ACIBADEM Tibbi
Şirkətlər Qrupu
Naftalandakı sağlamlıq
mərkəzləri ilə
əməkdaşlıq edəcək
Naftalan Şəhər İcra Hakimiyəti və Türkiyənin ACIBADEM Tibbi
Şirkətlər Qrupunun
nümyəndələri arasında
əməkdaşlığın genişləndirilməsi ilə
bağlı görüş
keçirilmişdir.
Naftalanda keçirilən görüşdə
şəhər icra hakimiyyətinin başçısı
Vüqar Novruzov qonaqlara şəhərin mövcud
turizm potensialı haqqında ətraflı məlumat vermişdir. Diqqətə çatdırmışdır
ki, Prezident İlham Əliyevin Naftalan kurortunun inkişafı ilə bağlı qarşıya
qoyduğu vəzifələrin
uğurlu icrası nəticəsində şəhər
özünün yeni inkişaf dövrünə
qədəm qoymuşdur.
ACIBADEM Tibbi
Şirkətlər Qrupunun
Uluslararası İş
Gəliştirmə sorumlusu
Aytən Babazadə, şirkətlər qrupunun
regional nümayəndəliyinin
əməkdaşı Ramil
Ələsgərov və
Gəncə Destinasiya
Menecmenti Təşkilatının
rəhbəri Zaur Bayramov təbii Naftalan neftinin yüksək müalicəvi
təsirlərə malik
olduğunu və xəstəliklərdə istifadəsinin
önəm daşıdığını
qeyd etmişlər.
Sonra əməliyyat olunmuş xəstələrin gələcəkdə
reabilitasiyasının Naftalanda
keçirmələri barədə
fikir mübadiləsi aparılmışdır. Gələcəkdə
ACIBADEM Tibbi Şirkətlər
Qrupu ilə Naftalan sağlamlıq mərkəzlərinin
birgə əməkdaşlığı
barədə təkliflər
irəli sürülmüş
və müzakirələr
aparılmışdır. ACIBADEM-in və Naftalan
sağlamlıq mərkəzlərinin
yüksəkixtisaslı mütəxəssisləri
ilə birgə “Naftalan neftinin əhəmiyyəti” mövzusunda
fikir mübadiləsi aparılmasının əhəmiyyəti
vurğulanmışdır.
Sonda qonaqlar “Garabag Resort & Spa” və “Naftalan Müalicə və Sağlamlıq Mərkəzi”ndə
naftalan neftindən istifadə qaydaları və müalicə üsulları ilə tanış olmuşlar.
S.ƏLİYEV,
Azərbaycan. - 2021.- 20 mart.- S.7.