Ruhun qidası - rəqslər
Milli bayramımız
olan Novruzun da tarixi rəqslərimizlə
eyni dövrə təsadüf
edir. Qayaüstü təsvirlərdə
rəqsin daha uzunömürlü olması
öz ifadəsini və təsdiqini tapıb. Rəqsin ən qədim növü “Yallı”dır. Çünki xalq məişətinin qədim adətlərini özündə ehtiva etdirən “Yallı” hesab olunur. Həmçinin
“Cəngi”, “Ovçular
rəqsi” də qədimiliyi, milli mental dəyərlərimizin
qorunub saxlanılması
baxımından bu qəbildəndir.
Xalq məişətindəki ənənələr
formalaşdıqca rəqslərin
bir sıra növləri meydana gəlməyə başlayıb.
Bunların toy, el şənlikləri, bayram mərasimləri olmaqla, çeşidli növləri var. Xüsusən də toy adətləri, Novruz bayramı şənliklərində ifa
edilən rəqslər
xalq arasında daha məşhurdur. “Novruz bayramı”, “Səməni rəqsi” sırf bayram şənlikləri üçündür.
“Qaytağı”, “Qoçəli”,
“Qazağı”, “Uzundərə”
ən populyar rəqslərdən hesab olunur.
Rəqslər bəzən ifa tərzinə görə qadın və kişi üçün iki yerə ayrılır.
“İnnabı”, “Mirzeyi”,
“Cəngi” və s. kimi rəqs nümunələri kişilər
üçün nəzərdə
tutulub. Qadınlar arasında daha çox məşhur olan rəqslər isə “Haxışta”, “Halay”, “Nəlbəki” və s. sayılır. “Haxışta” rəqs növünün vətəni
Naxçıvandır. Bu
rəqsdə əsasən
Naxçıvanın yerli
adət-ənənəsi əks
olunur.
Azərbaycan xalq adət-ənənələrinin
zənginliyi onun rəqslərini bədii cəhətdən bir neçə növə bölür. Lirik, məzəli, idman və başqaları rəqslərin çeşidli
növlərindən sayılır.
“Vağzalı”, “Uzundərə”,
“Naz eləmə”, “Turacı” lirik, “Qıtqılda”, “Məzhəkəli
rəqs” məzəli
rəqs növlərinə
daxil edilirlər. Qəhrəmanlıq, çeviklik
kimi keyfiyyətləri
özündə cəm
edən “Cəngi”, “Qılıncla rəqs” və başqaları idman rəqslərinə aiddir.
Azərbaycan. - 2021.- 20 mart.- S.8.