Xalq bayramları Novruza elmi-nəzəri baxış

 

 

 

Bayramların hər bir xalqın həyatında özünəməxsus, əvəzolunmaz yeri var. Bu bayramlar milli adət-ənənələri özündə əks etdirməklə, əslində, xalqın varlığının, kimliyinin qorunub yaşandığı, nəsillərdən-nəsillərə ötürüldüyü mənəviyyat xəzinəsi rolunu oynayırlar.

 

İdeologiyalar, ictimai quruluşlar, siyasi baxışlar dəyişir, lakin bayramlar öz xəlqi mahiyyətini saxlamaqla, milli kimliyin simvollarını özündə qoruyurlar. Bunun ən bariz nümunəsi Novruz bayramıdır. Novruz kökü minilliklərin dərinliklərinə gedib çıxan bayramlar kompleksidir.

 

AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Şakir AlbalıyevinTəknurnəşriyyatında çapdan buraxılanXalq bayramları probleminin nəzəri əsasları Novruzkitabındabayramanlayışının semantik strukturu, onların təsnifatı, etnokulturoloji baxışlar, Novruzun etnokulturoloji düşüncə sistemi kimi formalaşmasında mifik inancların rolu, mərasim simvolika s. məsələlərdən bəhs edilir.

 

AMEA Folklor İnstitutunun Elmi Şurasının qərarına əsasən, nəşr edilmiş kitabda maraqlı məqamlar kifayət qədərdir. İnamlar inancların xalq bayramları ilə bilavasitə əlaqəsi oxucuda daha çox maraq doğura bilir: “İnsanı yaşadan ümiddirsə, ümidləri sönməyə qoymayan inamlardır. Bu aspektdən yanaşdıqda, inanclar sisteminin insanın fikir-düşüncəsi ilə bərabər formalaşıb yarandığı şübhəsizdir”.

 

Kitabın redaktoru filologiya elmləri doktoru Seyfəddin Rzasoydur. Yeni nəşr həm mütəxəssislər, həm geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

 

Azərbaycan. - 2021.- 20 mart.- S.9.