Qafqazın ən böyükmodern sənaye məhəlləsi

 

Hacıqabulda fəaliyyətə başlayan yeni müəssisələr tezliklə məhsullarını “Made in Azerbaijanbrendi ilə dünya bazarına çıxaracaqlar

 

 

 

Hacıqabul rayonu Atbulaq kəndi. Pirsaat çayının sahilində qərar tutan bu kənd Bakıdan 113 kilometr aralıda yerləşir. Ərazisi düzənlikdir və qeyri-neft sənayesinin inkişafı baxımından əlverişli məkan sayılır. Aprelin 20-də kəndin tarixində yeni dövr başladı desək, yanılmarıq. Ərazisinə görə Azərbaycanın, hətta Qafqazın ən böyük sənaye müəssisəsi olan Hacıqabul Sənaye Məhəlləsi fəaliyyətə başladı.

Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilən məhəllədə qeyri-neft sənaye məhsulları - mineral gübrələr, su qabları, meyvə və tərəvəz qablaşdırılması üçün taraların istehsalı, tikinti avadanlıqları istehsal edən zavod və maşınqayırma zavodu istehsala start verib. Növbəti mərhələdə izolyasiya materialları, balıq yemi, qablaşdırma məhsulları və digər istehsalat sahələri işə başlayacaq.

Sənaye məhəlləsində müəssisələr üçün yaradılan şərait və istehsal prosesi ilə tanış olmaq üçün Hacıqabula yollandıq.

 

 

 

Əlverişli məkan, 4 istehsalat sahəsi, fasiləsiz enerji təminatı

 

 

 

Sahəsinə və investisiya dəyərinə görə Azərbaycanda və Qafqazda ən böyük iqtisadi fəaliyyət subyekti olan Hacıqabul Sənaye Məhəlləsindəyik. Prezidentin 2017-ci il 25 iyul tarixli sərəncamına uyğun olaraq yaradılan məhəllənin ərazisi əvvəlcə 20 hektar idisə, 2020-ci ildə əlavə olaraq 40 hektar sahə ayrılmaqla ərazisi genişləndirilərək 60 hektara çatdırılıb.  Ümumi investisiya həcmi 45,44 milyon manat təşkil edir. Burada qeydiyyatdan keçmiş 10 müəssisə rezident üzrə gələcəkdə yaranacaq yerinin sayı 350-dən çox olacaq. Hələlik isə 10 rezidentdən 5-i istehsal prosesinə başlayıb.

Sənaye məhəlləsində dövlət vəsaiti hesabına lazımi infrastruktur yaradılıb. 4 istehsalat sahəsi, ikimərtəbəli inzibati, eləcə də texniki və köməkçi binalar tikilib. Sahibkarların ixtiyarına verilən istehsalat sahələri də ikimərtəbəlidir. Birinci mərtəbədə istehsal sahəsi, ikinci mərtəbədə isə ofis, işçilərin paltar soyunub-geyinmə otagı mövcuddur.

İnzibati binada toplantı və təlimlərin keçirilməsi üçün iclas otağı, məhəllənin iştirakçılarına müxtəlif xidmətlər göstərəcək müasir ofis sahələri, sərgi-satış mərkəzi, tibb məntəqəsi, poçt, yeməkxana və idarəedici təşkilatın istifadəsi üçün nəzərdə tutulan sahələr var. Sənaye məhəlləsində sahibkarlara mühasibatlıq, hüquq, bank və sığorta, poçtinternet, logistika, tibbi xidmətlər göstərilir. Burada həmçinin KiçikOrta Biznesin İnkişafı Agentliyinin sahibkarlara dəstək verən “KOB Dostunun da ofisi mövcuddur.

İstehsalat korpusları elektrikistilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, yanğından mühafizə sistemləri ilə təchiz edilib. Həmçinin ərazidə məişət və texniki suların təmizləyici qurğulardan keçib yenidən istifadə edilməsi üçün müasir qurğular, elektrik yarımstansiyası, infrastruktur sistemlərinin fasiləsiz enerji ilə təmini üçün generator mövcuddur.

Yəni müəyyən səbəblərdən elektrik kəsilərsə, dərhal generator işə düşür, məhəllədə elektrik enerjisi kəsilmir.

Məhəllənin mühüm üstünlüyündən biriodur ki, ərazinin yaxınlığından respublikanın baş magistral dəmir yolu xətti keçir. Həmin xətdən məhəlləyə 1700 metr uzunluğunda ayrıca dəmiryol xətti çəkilib, yükləmə-boşaltma məntəqəsi üçün sahə ayrılıb. Müəssisələrin istehsal etdiyi məhsulların məhəllənin ərazisindən birbaşa istənilən məkana qatarla çatdırılması da mümkündür. Eyni zamanda sahibkar hər hansı yerdən aldığı xammalı da birbaşa qatarla məhəlləyə gətirə biləcək. Bu da sahibkarların əlavə nəqliyyat xərcindən azad olmaları deməkdir.

Sahibkarların buraya daha çox maraq göstərməsinin digər səbəbi isə məhəllənin həm Bakı Beynəlxalq Dəniz Ticarət Limanına, həm də Ələt Azad İqtisadi Zonasına yaxın ərazidə yerləşməsidir.

 

 

 

Maye, toz, gel, yarpaq gübrələri, plastik tarasu qabları istehsalı

 

 

 

Sənaye məhəlləsinin imkanları ilə tanış olduqdan sonra istehsala başlayan müəssisələrə baş çəkirik. İlk olaraq İlham Əliyevin aprelin 20-də işə saldığı “AzAgromilaMMC-nin istehsalat korpusunda gedən proseslə maraqlanırıq.

Müəssisənin kimyaçı texnoloqu Elçin Pirəliyev deyir ki, maye, toz, gel, yarpaq formalı gübrələr istehsal edirlər. Müəssisənin yaradılmasına 4,35 milyon manat investisiya qoyulub və 30 yeri açılıb. Layihənin həyata keçirilməsi üçün İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi və 900 min manat güzəştli kredit verilib. İllik 6 min ton gübrə istehsal etmək gücünə malik olan zavod Türkiyə texnologiyası əsasında qurulub. Hələlik daxili tələbatı ödəmək üçün məhsul istehsal edən müəssisə yaxın zamanlarda ixracata da başlayacaq.

Texnoloqun sözlərinə görə, yerli fermerlər istehsal etdikləri gübrələrə böyük maraq göstərirlər və hər gün durmadan sifarişlər alırlar.

Məhəllənin rezidentlərindən biriPlasttech” MMC-dir. 700 kvadratmetrlik ərazi icarəyə götürən şirkət plastik taralar istehsal edir. Operator Taleh Muradovla söhbət zamanı bəlli oldu ki, investisiya dəyəri 1,2 milyon manat, illik istehsal gücü isə 600-900 ton olan müəssisədə müxtəlif ölçüdə, müxtəlif rəngdə 10 çeşiddə plastik taralar hazırlanır.

Azərbaycan Prezidentinin açılışını etdiyi digər obyekt isəUyusal Ambalajplastik su qabları istehsalı müəssisəsidir. Bu şirkət artıq 15 ildir ki, Azərbaycanda fəaliyyət göstərir. Artıq bu sənaye məhəlləsində məhsullarını istehsal edəcək. Müəssisənin istehsalat rəisi Anar Süleymanovla söhbət zamanı bəlli oldu ki, Yaponiya texnologiyasından istifadə edilən müəssisədə il ərzində 350 min ədəd su qabı istehsal olunacaq. Su qabları Azərbaycanda su istehsal edən müəssisələrə satılır. Yəni artıq xarici bazardan məhsul almağa ehtiyac yoxdur. Yerli istehsal qiymətlərə təsir edəcək. Keyfiyyət qiymət sahəsində üstünlüklər var. İstehsalat rəisi dedi ki, qabların istehsalı üçün xammalı

“SOCAR Polymer” Pektimşirkətlərindən alırlar.

 

 

 

Azərbaycanda ilk dəfə - “açar-təhvilprinsipi ilə işləyən zavod

 

 

 

Sənaye məhəlləsində fəaliyyət göstərən digər müəssisəElberqMaşınqayırma Zavodudur. Bu zavod ölkədə tikinti materiallarının istehsalı müəssisəsini qurur onların avadanlıqlarını istehsal edir. Müəssisənin baş operatoru Tural Qafarov dedi ki, investisiya dəyəri 12 milyon manat olan zavodda quraşdırılan müasir texnologiyalar hesabına istehsal olunacaq avadanlıqlar yüksək keyfiyyəti ilə seçiləcək. Müəssisənin əsas fəaliyyət istiqaməti tikinti materiallarının istehsalı zavodlarının layihələndirilməsi onların əsasında avadanlıqların istehsalıdır. Bu layihə Azərbaycanda ilk dəfədir ki, reallaşdırılır. Müəssisəaçar-təhvilprinsipi ilə işləyir. Belə təcrübə dünyada da var. Müəssisədəki dəzgahlar Türkiyə Yaponiya istehsalıdırlar. Bu dəzgahlar vasitəsilə müxtəlif təyinatlı dəmir lövhələr, turbalar digər materiallar hazırlanır.

Zavodla tanış olarkən maraqlı lövhə diqqətimizi çəkdi. Dəmir lövhə üzərində kəsmə üsulu ilə “Qarabağ Azərbaycandır!” şüarı yazılıb. Tural Qafarov dedi ki, lövhə Vətən müharibəsi zamanı zavodun əməkdaşları tərəfindən hazırlanıb. Onun hazırlanmasında zavodun əməkdaşı Emil Hümbətovun əməyi çox olub. 28 yaşlı Emil döyüşlər başlayandan sonra könüllü olaraq ordu sıralarına qoşulub. Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına savaşaraq şəhid olub. Müəssisənin rəhbərliyi və kollektivi şəhidlik zirvəsinə ucalan Emilin xatirəsini yüksək ehtiramla anırlar. Onun hərbi mundirdə olan şəkli böyüdülərək divardan asılıb. Ruhu şad olsun şəhidimizin!

 

 

 

Xüsusi təyinatlı avtomobillər istehsal ediləcək

 

 

 

Məhəllənin digər rezidenti isə “Azərmaş” Avtomobil Zavodudur. “Azərmaş” burada torpaq sahəsi götürərək öz profilinə uyğun zavod tikib. Tezliklə zavodda müxtəlif təyinatlı avtomobillərin istehsalına başlanılacaq. Yəni Neftçala Sənaye Məhəlləsindən sonra Hacıqabulda da avtomobil istehsal olunacaq.

Bu müəssisə ildə 1500 ədəd yük və xüsusi təyinatlı avtomobil istehsal etmək imkanına malikdir. Müəssisə Hacıqabul rayonunda 100 nəfərdən çox insanın məşğulluğunu təmin edəcək. Bu zavodda Özbəkistan və Rusiya ilə birgə layihələr icra olunacaq.

Bu müəssisənin istifadəyə verilməsi rayonun iqtisadi inkişafı üçün böyük təkan olmaqla yanaşı, ölkəmizdə avtomobil sənayesinin formalaşmasında da mühüm rol oynayacaq.

Göründüyü kimi, İlham Əliyevin modern sənayeləşmə istiqamətində atdığı addımlar əsasında Hacıqabul Sənaye Məhəlləsində yeni müəssisələr sənayedə və bütövlükdə real sektorda kifayət qədər prioritet istiqamətlər üzrə yaradılıb. Hazırda Neftçalada, Masallıda, Hacıqabulda sənaye məhəllələri fəaliyyət göstərir. Sabirabad və Şərurda sənaye məhəllələrinin tikintisi davam etdirilir. Prezidentin  tapşırığına əsasən, ölkəmizin digər regionlarında da sənaye məhəllələrinin təşkili istiqamətində araşdırmalar aparılır.

Hacıqabul Sənaye Məhəlləsinin açılışı zamanı dövlət başçısı tezliklə işğaldan azad edilmiş torpaqlarımızda da yeni sənaye parklarının, məhəllələrinin yaradılmasının vacibliyini vurğulayıb. Tezliklə Qarabağda ən müasir standartlar səviyyəsində yeni sənaye müəssisələri yaradılacaq. Bu müəssisələrdə istehsal olunan məhsullar yerli bazarla yanaşı, “Made in Azerbaijanbrendi ilə xarici bazara da çıxarılacaq. Hacıqabulda yaradılan Qafqazın ən böyük sənaye məhəlləsinin rezidentlərinin müasir dəzgahlar, avadanlıqlar vasitəsilə istehsal etdikləri sənaye məhsuları ilə tanışlıq da onu deməyə əsas verir ki, İlham Əliyevin modern sənayeləşmə siyasəti bu gün bəhrəsini verir və yerli məhsullarımız daxili tələbatı ödəməklə yanaşı, xarici bazara da çıxır. Bu, Azərbaycanın qeyri-neft sənayesinin yüksəlişinin bariz təcəssümüdür.

 

 

 

Rəşad BAXŞƏLİYEV,

Elçin CƏFƏROV

Azərbaycan.-2021.- 2 may.- S.1;4.