Birinci vitse-prezident Mehriban
Əliyeva Azərbaycanın xristian
icmasını təbrik edib
Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində
respublikamızın xristian
icmasını Pasxa bayramı münasibətilə
təbrik edib.
AZƏRTAC
xəbər verir ki, təbrikdə deyilir: “Azərbaycanın bütün xristian icmasını Pasxa bayramı münasibətilə
səmimi-qəlbdən təbrik
edirəm! Sizin hər birinizə möhkəm cansağlığı,
tükənməz sevgi,
sevinc dolu günlər və xoşbəxt gələcək
arzulayıram!
Qoy, bu mübarək gün hər kəsin qəlbini saf niyyətlər və xoş məramlarla doldursun, hər bir evə
xeyir, rahatlıq və rifah, hər bir ölkəyə
sülh və əmin-amanlıq gətirsin!”.
Azərbaycan.-2021.-
2 may.- S.1.