Yanlış bəyanat, tarixi səhv

 

Birləşmiş Ştatlar hər zaman dünya ictimaiyyətinin baş mövzusu olmağa çalışır və buna nail olur. Fərq eləməz hansı əməli ilə, əsas məqsədi dünyanın mərkəzi olmaq istəyidir. Co Baydeninqondarma soyqırımı bəyanatı” da bu istəyin təzahürüdür.

Birləşmiş Ştatlar artıq əsrlərdir ki, bəlli bir siyasət üzrə hərəkət edir: şəxsi mənafe üçün bütün dünyanı xərcləmək və bu yolda maneələri məhv etmək. Bu məqsədlə dövlətlər ya hərbi, ya iqtisadi yolla təzyiq altına salınır, öz marağını demokratiya kimi diktə edir. Hər gələn yeni Prezidentə isə tarixdə qalmaq üçün sanki gözəgörünməz qüvvələr tərəfindən hərəkət etdirilən bu prosesə -konveyerə sadəcə öz “naxışını” vurmaq qalır. Biri Yaponiyaya atom bombası atır, biri Koreyada, o biri Vyetnamda dinc əhalini qırır, biri müsəlman ölkələrinə şər atıb ölkəni bombalarla viran edir, bir başqası da yeni silah bazarı açmaq üçün ölkələr arasında nifaq salıb, qaynar ocaqlar yaradır. Diqqətlə təhlil edəndə hər Prezident məhz öz “naxışı” ilə yadda qalır. Co Bayden də “soyqırımı” ifadəsini işlətməklə buna cəhd etdi. Əslində sırf siyasi olan bu məsələyə bir də fəlsəfə bucağından baxmaq maraqlıdır.

 

 

 

Soyqırımı, yaxud sivilizasiyanın dəhşətləri

 

 

Soyqırımı bir termin olaraq XX əsrin ortalarında yaransa da, bir cinayət kimi yalnız faşizmin İkinci Dünya müharibəsi zamanı törətdiyi vəhşiliyin mühakiməsindən sonra qəbul edilsə də, onun tarixi daha dərindir. Onu da əlavə edək ki, soyqırımlar müharibələrə nisbətdə daha az sayda baş versə də, qurbanlarının sayına və törətdikləri qəddarlığın miqyasına görə müharibədən daha böyükdaha dəhşətlidirlər. Soyqırımı hadisəsi elmin müxtəlif sahələrində kifayət qədər öyrənilmiş və öyrənilməkdədir. Faktla bağlı bizöz mülahizələrimizi bölüşmək qərarına gəldik. Soyqırımların törənmə səbəblərini nəzərə alsaq, onları aşağıdakı şəkildə təsnifləşdirmək olar:

1. Müharibə əməliyyatları nəticəsində vəhşiləşmiş əsgərlərin qarşısıalınmaz hərəkətlərinin “məntiqi davamı” olan soyqırımı. Birləşmiş Ştatların Uzaq Şərqdəki hərbi əməliyyatlarını bu qəbildən olan soyqırımlardan hesab etmək olar (1965-1975-ci illərdəki Vyetnam və ya İkinci Hind-Çin müharibələri). Onu da qeyd etmək lazımdır ki, belə soyqırımlar bəzən müharibənin bir hissəsi kimi qəbul edilir. Təbii ki, belə olan halda bu həm hadisənin bir soyqırımı kimi düzgün qiymət almamasına, həm də müəyyən xalqların haqlarının pozulmasının cəzasız qalmasına gətirib çıxarır.

2. Müəyyən əraziləri ələ keçirmək və bu məqsədlə həmin ərazidə yaşayan xalqların kütləvi şəkildə qırılmasının nəticəsi olan soyqırımı. Buna misal olaraq, Amerika materikində avropalıların (əsasən də ispanların) yerli əhali olan hinduları məvh etmələri faktını göstərmək olar. Müasir məlumatlara əsasən, 12 oktyabr 1492-ci ildə Xristofor Kolumb tezliklə “Yeni dünya” adlandırılacaq qitənin adalarından birinə düşəndə onun əhalisi 100-145 mln. nəfər idi. İki əsr sonra əhalinin sayı 90 faiz azalmışdı. Bu gün hər iki Amerikanın sağ qalmış “ən xoşbəxt” xalqları 5 faizdən çox təşkil etmir. Özünün miqyasına və bu günə qədər davamiyyətinə görə Qərb yarımkürəsinin yerli əhalisinin soyqırımının dünya tarixində paraleli yoxdur. Belə ki, 1492-ci ilə qədər 8 mln. məntəqə çiçəklənməkdə idi. 1570-ci ildən isə yerli əhalinin ancaq iki bərbad kəndi qalmışdı. 80 il əvvəl Kolumb onlar haqqında “dünyada onlardan daha yaxşı və mülayim adamlar yoxdur” deyə yazmışdı”.

3. Müəyyən xalqın digər xalqa nifrəti nəticəsində olan soyqırımı. Bu, soyqırımının daha çox rast gəlinən halıdır. Nifrətin səbəblərini də müxtəlif şəkildə qruplaşdırmaq olar:

a) dini barışmazlıq. Bu qəbildən olan soyqırımlara əsasən “1096-1291-ci illər ərzində (1096-1097 - I, 1147-1149-cu illər - II, 1189-1192-ci illər - III, 1201-1204-cü illər - IV Xaç yürüşləri) müqəddəs xristian məbədlərinin və Fələstinin müsəlmanların (və yəhudilərin - K.B.) hakimiyyətindən azad edilməsini özlərinə şüar götürmüş Avropa katolik qüvvələrinin hərbi ekspedisiyaları” şəklində aparılan Xaç yürüşlərini aid etmək olar. Məlumatlara görə, I Xaç yürüşündə Metsada 23 yəhudi öldürülür, Şpeyerdə xaçlılar bir hissə yerli əhalinin köməkliyi ilə “xaç suyuna çəkilmək istəməyən hər yəhudini öldürürdülər”, “məcburən xaç suyuna çəkilməmələri üçün anaları öz övladlarını öldürürdülər”, “Trirdə yəhudilər çayda batırılırdılar”. Ümumiyyətlə, yalnız “1096-cı ildə (I Xaç yürüşündə) AlmaniyaÇexiyada 5 min yəhudi öldürülmüşdü”.

b) şəxsiyyətə pərəstiş kimi təyin edilə bilən, özünün bir xalq olaraq digərlərindən yüksək dəyərləndirilməsi. Buna misal olaraq alman faşizmini göstərmək olar. Məlumatlara görə, “Böyük Vətən müharibəsi illərində SSRİ-dən Almaniyaya 5.269.513 insan aparılmışdı. Onların taleyi amansız olmuşdur. Ərazi azad ediləndən sonra düşərgə yerləşən yerdə böyük bir çalada 3000 qızıl əsgər və sovet vətəndaşının meyiti tapılmışdır. Meyitlərə baxış zamanı işgəncələrin nə dərəcədə vəhşicəsinə olması aydın oldu: çoxunun əlləri, ayaqları sındırılmış, kəllə sümükləri əzilmiş, qulaqları kəsilmiş, gözləri çıxarılmışdı”.

c) özünün başqa xalqdan əskikliyini gizlətməkdən doğan hərəkət. Bunun ən bariz nümunəsini ermənilərin türklərə qarşı törətdiyi vəhşilikdə görmək mümkündür. Ermənilər əsrlərdir öz mədəniyyətlərini, tarixlərini, hətta dövlətlərini də türklərdən, xüsusilə Azərbaycan türklərindən oğurladıqları əsasında qurublar və hələ də belə davam edirlər. Bu baxımdan türklərin varlığı onların yoxluğunun sübutudur. Deməli, saxta varlığı təsdiq etmək üçün orijinalı məhv etmək bir zərurətdir. Ermənilər əsrlərboyu türklərə qarşı məhvetmək aktlarının bütün növlərindən istifadə etmiş, vaxtaşırı, köməyi artanda isə soyqırımlar törətmişlər: 1905, 1918-1920, 1988-1993-cü illərdə baş vermiş hadisələr buna misaldır.

“XX əsrin birinci yarısında Zaqafqaziyada baş vermiş iki qırğın zamanı (1905-1907-ci illər, 1918-1920-ci illər) 2 milyona yaxın azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilmiş, öz ev-eşiyindən zorla qovulmuşdur.

Mart qırğını zamanı Bakı şəhərinin təkcə bir yerində qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış 57 azərbaycanlı qadınının meyiti tapılmışdır. Gənc qadınların diri-diri divara mıxlanması, ermənilərin hücumundan sığınmağa çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırılması da bu dəhşətli faktların sırasındadır. Onu da qeyd edək ki, istinad etdiyimiz mənbəyə görə, yalnız Bakıda deyil, ümumiyyətlə, İrəvan quberniyasından tutmuş Naxçıvan qəzasına qədər ermənilər tərəfindən minlərlə dinc əhali qətlə yetirilmiş, qadın, uşaqqocalara işgəncələr verilmiş, mədəni abidələr dağıdılmışdır.

1992-ci ilin 25-26 fevralında Xocalıda erməni və onun muzdlularının törətdiyi soyqırımı nəticəsində 613 insan öldürülmüş, 487 nəfər şikəst edilmiş, 1275 nəfər əsir götürülmüşdür. Ölənlərdən 106 nəfəri qadın, 83-ü uşaq olmuşdur. Bu faktların yanına Quba kütləvi məzarlığı, yaxud son günlər Kəlbəcər ərazisində tapılan kütləvi məzarları da əlavə etsək, XX əsrin erməni obrazını nisbətən tamamlamış olarıq.

Göründüyü kimi, soyqırımı bəşər tarixində zaman-zaman baş verən, əksər hallarda öz hüquqi qiymətini ala bilməyən hadisədir. Qısa xronologiyadan aydın oldu ki, soyqırımları dəhşəti sivilizasiyanın inkişafı ilə heç də azalmamış, əksinə, hətta artmışdır. Məhz son əsrlər ərzində ermənilərin türklərə, xüsusilə Azərbaycan türklərinə qarşı törətdikləri soyqırımı hadisələrinin bir neçə dəfə təkrarlanması və belə hadisələrin dünya ictimaiyyətində əks-sədasız qalması, öz cəzasını almaması, əvəzində uydurulmuş tarixi faktlara rəvac verilməsi soyqırımların gələcəkdə də bəşəriyyəti dəhşətə gətirəcəyi faktından xəbər verir.

 

 

 

Co Baydenə qalansoyqırımı mirası

 

 

Artıq neçə illərdir ki, hər aprel ayının 24-də gözlər dikilir ekrana gözləyir: Birləşmiş Ştatların Prezidenti ermənilərin gözlədiyi bəyanatı verəcək, ya yox?! Lazım olan kəlməni işlətməsi üçün dünyadakı erməni lobbiçiliyi bütün gücünü, bacarığını səfərbər edir. Bu bir kəlmə nəyi həll edir? Nə üçün məhz ABŞ Prezidenti? Nə üçün məhz erməni? Burada bir-birini tamamlayan bir neçə məsələ var.

Əvvəla, məhz öz əlləri qana batmış bir ölkənin (!) başçısı vəzifəyə seçiləndə həmin günahı da miras alır. Ölkə Prezidentibu qiymətli mirası” qorumaqla yanaşı, onun üzərinə əlavələr etməyi də özünə borc bilir. Zatən, seçki kampaniyasında bunu vəd etmiş olur, yoxsa səs toplaya bilməz. Vyetnamda 4 mln, Koreyada 3 mln, KamboccaLaosda 1 mln, Əfqanıstanda 1.5 mln, İrakda 1 mln dinc əhalini qıran bir dövlətin gözü kölgəlidir və özü kimi cinayətkarın havadarı olmaq onun “müqəddəs missiyasıdır”. Düzdür, bu rəqəmlər sadəcə statistika kimi qəbul edilir, ancaq belə böyük miqyaslı bir cinayəti gizlətmək üçün dünyanın ən güclüsü olmaq şərtdir. Erməni üsulu: öz varlığını sübut eləmək üçün digərlərini yox etmək lazımdır.

İkinci məsələ də məhz bundan irəli gəlir. Son illərin hadisələri Türkiyənin kifayət qədər gücləndiyini göstərir. Ən vacibi isə, 44 günlük müharibədə onun Azərbaycanın yanında olmağı Türkiyənin ədalətin yanında olub cinayətkara lazımi dərs verməyə qadir olduğunu göstərdi. Maraqlı sual yaranır: dünyada son illər bu qədər haqsızlıq, günahsız qətllər törədildiyi haldaüçün ABŞ məhz erməni faktoru üzərində dayanır? Çünki erməni Türkiyənin - ədalətin tərəfdarının əleyhinə işlədilə biləcək bir silahdır, daha doğrusu, kor bıçaqdır. Düzdür, Türkiyə və ABŞ müəyyən məsələlərdə tərəfdaşdırlar, hər birinin öhdəliyi var. Bununla belə Baydenonun simasında ABŞ bilir ki, haqq-ədalət məsələsində Türkiyənin tək öhdəliyi var: günahsızın arxasında durub cinayətkarı cəzalandırmaq. Belə olan halda ABŞ sövq-təbii onu düşmən görür. Vacib bir məqamdır ki, dünənə kimi dünyaya silah ucunda demokratiyaixrac” edən və sanki dünyadakı “əmin-amanlığı” qorumağı özünün müqəddəs missiyası hesab edən ABŞ-a birdən-birə rəqib çıxdı. Belə məlum oldu ki, demokratiya müstəqil ölkələrin ərazilərini işğal etmək, onların sərvətini talamaq, işğalçıya göz yumub, əzilənin haqqını yemək deyilmiş, əksinə, haqq tərəzisini həqiqətən düzəltmək imiş. Təbii ki, belə olan halda o, Türkiyədə illərin tərəfdaşını deyil, rəqibini, hətta düşmənini görür.

Üçüncüsü, bilavasitə Azərbaycana aid bir məsələdir. Azərbaycandakı 44 günlük müharibə dünya tarixində kifayət qədər ciddi dəyişiklik etdi. Ermənilərin dünyada tanınanyazıq siması”ndakı maska düşdü, onların dərəcədə qorxulu, təhlükəli qeyri-insani bir xislətə sahib olduqları üzə çıxdı. Əsrlərdir çalışıb yaratdıqlarıəzabkeş xalqobrazı laxladı dünya ictimaiyyəti qarşısında qəddar, qana susamış qanmaz bir toplu gördü. Belə bir ciddi məqamda ancaq ABŞ kimi böyük bir havadar - əsrlərdir maskasını qoruya bilmiş daha təcrübəli biri arxa çıxmalıydı. Əgər 44 günlük müharibə olmasaydı Dağlıq Qarabağ münaqişəsi Qordi düyünü kimi kəsilməsəydi, ABŞ prezidentləri hələ uzun illərsoyqırımıkəlməsini beşinci tuz kimi çıxartmazdı. Məhz beçinci tuz!

Beləliklə, Co Baydeninqondarma soyqırımı bəyanatıəslində ABŞ-ın uzun illər saxladığısirri”, mirası idi. Burada söhbət həm özünün qanlı əllərinin heç cür təmizlənməməsindən, “demokratiya beşiyininəslində boş olduğundan, liderlik sevdasının, Hantinqtonun ifadəsi ilə desək, “qeyri-bizləriməhv etmək xəstəliyi olduğundan gedir. Belə bir nəhəng sirrin üzərinə işıq salan isə Azərbaycanın 44 günlük müharibənin sonunda qazandığı qələbə oldu. Bu qələbə Azərbaycanın qardaşı Türkiyənin əleyhinə atılan bir addımlarla cavablandırılır. Ancaq qardaşlığın Haqqın daha güclü olması da danılmaz bir faktdır.

Co Baydenin yanlış bəyanatı isə tarixi səhvdir.

 

 

Könül BÜNYADZADƏ,

AMEA-nın müxbir üzvü

Azərbaycan.-2021.- 2 may.- S.5.