Qədim şəfa mədəniyyəti
Osmanlı tibbi, qədim tibbi biliklərin insanlığa daşınması və osmanlı həkimlərinin öz təcrübələri əsasında formalaşdırdıqları möhtəşəm şəfa üsulu həm də bir mədəniyyətdir. Osmanlı həkimləri hər zaman elmə uyğun hərəkət edir, müşahidə və təcrübələrdən bəhrələnirdilər. Günlərlə hava şəraitini müşahidə edir, ətraf mühitin insan orqanizminə təsirini sınayırdılar. Osmanlı tibbinin əsas qayəsi xəstəlikləri müalicə etməklə yanaşı, sağlıqlı həyat düzəni yaratmaqdan ibarət idi.
Onlar insan bədəninin kainatı meydana gətirən elementlərdən ibarət olduğunu düşünür, bunların da torpaq, hava, od və su ilə yanaşı, istilik, soyuqluq, quruluq və rütubət olduğunu qəbul edirdilər. Müalicə üsulları isə əsasən “hılt” adlandırdıqları bədəndəki mayelərə - qan, safra, sevda (öd kisəsində maye), bəlğəmə görə idi.
4 ünsürün möcüzəsi
“Hılt” qidaların mədədə həzm edilməsi ilə meydana gəlir və damarlara tökülərək qanla bərabər bədənin hər yerinə yayılır. Buna görə də həkimlər düşünürdülər ki, “hılt”ların çoxluğu və ya əckikliyi o bədənə xəstəlik gətirir: Qan bədəni qidalandıran ən vacib elementdir, təbiəti isti və nəmlidir. Adətən ət və qaynanmış yumurta yeyildiyində dərhal yaranır. Safra, qaraciyər tərəfindən hazırlanıb öd kisəsində toplanan mayedir. Safranın təbiəti isti və qurudur, sarı rəngdədir, şirin və yağlı qidalar yeyildiyində yaranır. Sevda dalaqda yaranır və qana axır. Təbiəti soyuq və qurudur, qara rəngdədir, duzlu və ləzzətli qidalar (duzlu pendir, quru balıq, sarımsaq kimi) yeyildiyində yaranır. Bəlğəm isə beyində hazırlanan ağ mayedir. Təbiəti soyuq və nəmlidir, ağ rəngdədir, nəmli və təzə qidalar (balıq, qatıq, təzə meyvələr kimi) yeyildiyində yaranır...
Osmanlı həkimləri bu xüsusiyyətlərə görə insanları 4 tipə ayırıb müalicəni də ona görə təyin edirdilər. Həkimlərin fikrincə, bahar qanın, yaj safranın, payız sevdanın, qış bəlğəmin hərəkətə keçməsinə səbəb olur. Onlar sağlamlığın yalnız bu dörd mayenin tarazlığını tapmaqla mümkün olduğuna, xəstəliklərin bu mayelərin aralarındakı tarazlığın pozulmasından qaynaqlandığına inanırdılar.
Bu gecə buxur yandırmaq bir adət idi
Osmanlıda şəxsdə sağlıq problemi ortaya çıxan zaman öncə xəstənin nəbzini yoxlayırdılar. Nəbz yoxlaması, bir həkim üçün ən əhəmiyyətli üsul idi. Bununla o, bir çox məlumata malik olurdu: tutaq ki, qadının hamilə olub olmadığı, hətta uşağın cinsiyyətini belə təyin edirdilər. Xəstəyə bir sıra suallar verilir, sağlıq vəziyyəti müəyyənləşdirilir və buna uyğun müalicə seçilirdi.
Bitkilərlə müalicə aparılırdı: məcun, şərbət, müxtəlif qarışımlar, gözəl qoxular - buxurlar, tüstülər, hidrolatlar Osmanlı şəfaxanalarında istifadə olunmuşdur. Səlcuqlu və Osmanlıda cümə axşamını cüməyə bağlayan gecə buxur yandırmaq bir adət idi. Hətta o dövrlərdə yaşanan pandemiyalar zamanında havanı təmizləmək üçün antiseptik qoxular yandırılırdı.
Digər müalicə yöntəmləri olaraq qanalma, hicama, zəli terapiyası, banka qoymaq, musiqi ilə müalicə kimi metodlar çox önəmliydi.
Osmanlı
həkimləri üçün sağlıqlı bir
yaşamın təməllərini təşkil edən
ünsürlər yemək-içmək, hava, hərəkət,
təmizlənmə, yuxu, duyğu və düşüncələr
idi. Buna görə də
Osmanlıda yemək-içmək, yatmaq, hamamlanmaq, hətta evlərin inşa
ediləcəyi yer belə həkimlərin
uyğun gördüyü
formada olurdu. Məsələn,
dəniz kənarında yaşamağın insan
təbiəti üçün uyğun olmadığı, ən
sağlıqlı insanın dağlıq ərazidə
yaşadığı bildirilirdi.
Azərbaycan.-2021.- 2 may.- S.7.