Azərbaycan
Respublikasının işğaldan azad edilmiş ərazilərində
“yaşıl enerji” zonasının
yaradılması ilə bağlı tədbirlər
haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması məqsədilə qərara alıram:
1. Azərbaycan
Respublikasının işğaldan azad edilmiş ərazilərində
“yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar
müvafiq konsepsiyanın və baş planın
hazırlanması üçün ixtisaslaşmış beynəlxalq
məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə
Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində
nəzərdə tutulmuş Azərbaycan Respublikası
Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının
Energetika Nazirliyinə 1.391.040,0 (bir milyon üç yüz
doxsan bir min qırx) ABŞ dollarının manat ekvivalenti məbləğində
vəsait ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın
1-ci hissəsində göstərilən məbləğdə
maliyyələşməni təmin etsin.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli
gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 may 2021-ci il
Azərbaycan.-2021.-
4 may.- S.1.