Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli
Fərmanı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasının İpoteka
və Kredit Zəmanət Fondunun
Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 25
dekabr tarixli 1760 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2017, ¹ 12 (I kitab), maddə
2328; 2018, ¹ 5, maddə 897, ¹ 8, maddə 1690; 2019, ¹ 1, maddə
60, ¹ 3, maddələr 411, 416, ¹ 6, maddə 1014, ¹ 12, maddə
1923) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka
və Kredit Zəmanət Fondunun Nizamnaməsi”nin 6.2-ci bəndində
“637 000 000 (altı yüz otuz yeddi
milyon)” sözləri
“798 000 000 (yeddi yüz doxsan səkkiz milyon)” sözləri ilə əvəz edilsin.
2. Bu Fərmanın 1-ci hissəsinin
icrası aşağıdakı
maliyyə mənbələri
hesabına təmin edilsin:
2.1. “Koronavirus
(COVID-19) pandemiyasının və bundan irəli gələrək
dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan
Respublikasının iqtisadiyyatına,
makroiqtisadi sabitliyə,
ölkədə məşğulluq
məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi
təsirinin azaldılması
ilə bağlı bir sıra tədbirlər
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2020-ci il 19 mart tarixli
1950 nömrəli Sərəncamının
10.2-ci bəndinə uyğun
olaraq təsdiq edilmiş tədbirlər planına əsasən güzəştli ipoteka kreditləri üçün
ayrılan 90,0 (doxsan) milyon manat hesabına;
2.2. “Azərbaycan
Respublikasının 2021-ci il
dövlət büdcəsi
haqqında” Azərbaycan
Respublikası Qanununun
tətbiqi ilə bağlı bir sıra məsələlər
barədə” Azərbaycan
Respublikası Prezidentinin
2020-ci il 30 dekabr tarixli 1241 nömrəli Fərmanının 1.11.7.5.1-ci yarımbəndi
ilə Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (bundan sonra - Fond) nizamnamə kapitalının
artırılması (güzəştli
ipoteka kreditlərinin maliyyələşdirilməsi) üçün 2021-ci ilin
dövlət büdcəsindən
Fonda ayrılan vəsaitin
71,0 (yetmiş bir) milyon manatı hesabına.
3. Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi və Fond bu Fərmandan irəli gələn məsələləri
həll etsinlər.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 may 2021-ci il
Azərbaycan.-2021.-
4 may.- S.2.