Axmaq baş sahibinə qapaz
yedizdirər
Hələ özünü ağılsız sayan adama rast gəlməmişəm!
Bəxtindən, imkansızlığından, işlərinin düz getməməsindən, hətta boyunun qısalığından və ailəsinin uğursuzluğundan gileylənənlər çox olsa da, ağlının azlığından şikayətçi yoxdur!
Gör hələ bir millət ola!
Ermənilər özlərini “çox
qədim”, “ən mədəni”, “zəngin dövlətçiliyə malik”,
“xiristianlığı ilk qəbul
edən millət” hesab etsələr də, nə deyilənləri təsdiq
edən sübutları
var, nə də deyilənlərə
uyğun ağıl sahibidirlər!
Düzdür, hələlik “ağılölçən”
cihaz kəşf olunmayıb!
Amma insanın əməlinə,
gördüyü işlərə
əsasən ağlına
qiymət vermək mümkündür!
Eyni zamanda millətin də!
Əgər ən qədim millətsənsə, onda niyə yerin-yurdun, vətənin olmayıb? Azərbaycandan qamarladığınız torpaq
hesabına özünüzə
dövlət qurmusunuz.
Qədim Azərbaycan torpaqlarında
XX əsrin əvvəllərində
yaradılan Ermənistan
dövlətinə qədər
dövlət görməmisinizsə,
onda hansı “qədim dövlətçilik”dən
danışırsınız?
Əgər XX əsrədək vətəniniz,
dövlətiniz olmayıbsa,
onda mədəniyyətiniz
harada formalaşıb,
mədəniyyət abidələriniz,
nümunələriniz haradadır,
niyə görünmür?
Əgər qədim musiqiniz, mətbəxiniz, sənət
nümunələriniz varsa,
onda niyə bizimkiləri oğurlayıb
öz adınıza çıxırsınız?
Adətən əliəyrilər özlərində
olmayanları başqalarından
mənimsəyib özününküləşdirməyə
çalışırlar.
Əgər xiristianlığı ilk dəfə
siz qəbul etmisinizsə, onda qədim, əzəmətli
kilsələriniz hanı,
harada tikmisiniz?
Niyə Allahın evlərini - kilsələrini oğurlayıb
səmtini dəyişərək
ora-burasına söz yazıb, işarə qoymaqla erməniləşdirirsiniz?
***
Deyir, dadanmışa tövbə
yoxdur!
1918-ci ildə yaranmş vəziyyətdən hiyləgərliklə
istifadə edərək
hamilərinizin məkrli
niyyətləri sayəsində
xeyli torpağımızı
mənimsədiniz!
Dişinizdə şirə qaldı!
Ötən əsrin sonlarında qırmızı imperiya dağılanda təzə
iştahaya düşdünüz.
Çoxdan gözaltı etdiyiniz
Dağlıq Qarabağı
ələ keçirmək
üçün min oyundan
çıxdınız!
Əvvəlcə SSRİ-nin birinci
və axırıncı
prezidenti M.Qorbaçovun
arvadı Raisa Maksimovaya brilyant daşlarla işlənmiş
üzük “hədiyyə”
edərək onlardan Dağlıq Qarabağın
“hə”sini aldınız.
Sonra başladınız nala-mıxa
döyməyə, mitinqlər
keçirməyə, guya
bölgənin iqtisadiyyatı
zəifdir, sizləri sıxışdırırlar, daha
azərbaycanlılarla birgə
yaşamaq mümkün
deyil və s. və i.a.
Ərkəsöyünlüyünüz söyüş, daş davasına çevrildi, sonra silaha əl
atdınız, yerli azərbaycanlıları dədə-baba
yurdlarından zorla qovub çıxartdınız.
Moskva sizə hərtərəfli
dəstək verdi, əl altınca silahlandırdı.
Hətta
“xüsusi idarəetmə
komitəsi” adlı bir qondarma qurum
yaradaraq Dağlıq Qarabağı imkan düşən kimi sizə vermək ötrü bizdən ayırdı!
Qudurdunuz,
yolunuzu azdınız...
Xocalı
soyqırımını törətdiniz,
qadınları, qocaları,
uşaqları qətlə
yetirdiniz, əsir və girovların başına olmazın müsibətlərini gətirdiniz...
“Məzlum millət”
də qocaya, qadına, uşağa əl qaldırar?
Qədim xalq da başqasının ev-eşiyini
yandırıb dağıdar,
şəhər və
kəndləri viran qoyar, meşələri, meyvə bağlarını
məhv edər?
“Xiristianlığı birinci qəbul edən” məscidləri uçurar, Allahın evində donuz, heyvan saxlayar, özgə kilsəsini dəyişib özününkü
etmək istəyər?
Yalan, hiylə, riya, oğurluq, qorxaqlıq, vəhşilik və barbarlıq sizin əsil sifətiniz, əsil simanızdır!
***
Torpaqlarımızı işğalda saxladığınız
27 ildə nə qazandınız, nə yiyəsi oldunuz?
Bəli,
bizdən oğurladıqlarınızdan,
bizdən oğurlayıb
başqalarına satdığınızdan
müəyyən qazancınız
oldu!
Bu, həqiqətdir!
Bəs onun nəticəsi nədir?
Yenə
yoxsul, dilənçi
kökündə yaşayırsınız!
Hamilərinizin dəstəyi ilə
Azərbaycan torpaqlarını
işğal etdiniz!
Qurulu evləri, kəndləri, şəhərləri dağıdıb
viran qoydunuz, ora-bura satıb pula çevirdiniz!
Torpaqlardan qovulanda isə illərlə yaşadığınız
evlərə od vurub yandırdınız!
Əgər o torpaqlar, evlər sizin idisə, niyə dağıdıb yandırırdınız?
Niyə bayquş kimi xarabalığı sevirsiniz?
Allahın evində - məscidlərdə
donuz saxlayanda bilmirdinizmi evin sahibi sizi yerlə
yeksan edəcək?
Bilmirdiniz ki, Allahın evinin adını, ünvanını dəyişəndə
ora da həsrət
qalacaqsınız?
Hələ bu harasıdır...
***
Axmaq olmaq üçün, gərək əvvəlcə
erməni olasan!
Damın
kölgəsində yatıb,
öz kölgən sayasan!
Özgə ağzı ilə
məharətlə hürəsən!
Sözlə deyildi ki, özgə torpaqlarından
çıxın - başınıza
batmadı!
Xəbərdarlıq edildi ki, hərb yoluna
əl atılsa, külünüz göyə
sovrulacaq - inanmadınız!
Vaxt verib gözlədik ki, başa düşəsiniz
- qudurdunuz!
Elə bildiniz ki, sizdən
qorxuruq, təzə ərazilərimizi ələ
keçirməklə hədələdiniz!
Dəmir yumruq başınıza dəyən kimi, “ağıllandınız”, dərhal
sahibinizin yanına qaçaraq yalmanıb kömək istədiniz.
Böyüyünüz üzə çıxmağa
utanaraq, hansısa zirzəmidə təslim aktını imzaladı.
Dəvə başını kolluğa
soxmaq misalı:
elə bildi ki, heç kim bu təslimçilikdən
xəbər tutmayacaq.
30 il səngər
qazmağa, səd qurmağa, mina basdırmağa,
tikanlı məftillər
çəkməyə, yeraltı
bunkerlər tikməyə
sərf etdiyiniz əziyyət, çəkdiyiniz
xərc batdı getdi!
Dinməz-söyləməz, quzu balası kimi Ağdamı, Laçını
və Kəlbəcəri
qoyub getdiniz!
Amma murdar xislətinizi burda da göstərdiniz:
Sizdən sonra işğal ərazilərində minalar
- ölüm tələləri
qalır.
Onların xəritələrini isə vermirsiniz!
Çünki faşist xislətlisiniz!
Faşistlərə nökərçilik
eləmiş Nijdeyə
heykəl qoyub pərəstiş edənlərsiniz!
M.Qandinin
heykəlinə od vurub, Holokost qurbanlarının abidəsini təhqir edənlərsiniz!
Sizlərdən və sizinlə dostluq edənlərdən
bundan artıq nə gözləmək olar?!
***
Dünya
sizi yaxşı tanımır!
Bəlkə də tanımaq
istəmir, çünki
pu
lluların özlərindən
əvvəl pulları
görünür və
göz qamaşdırır.
Sizin “məzlum”,
“zavallı”, “ən qədim” sözlərinə
inanmaq istəyir.
Amma gəlib
Qarabağa baxanlar, sizin miras qoyduğunuz
vandallığı, vəhşiliyi,
goreşənliyi görənlər
hansı xislət sahibi olduğunuzu anlayırlar.
Sizlərin bir simanız isə döyüş meydanında aşkar oldu!
Dəmir
yumruqla başınız
əziləndə!
Sonra dəmir
yumruq sahibi həmin döyüş meydanını olduğu kimi Bakıya gətirdi, hamının görməsi üçün
Dənizkənarı yeni
bulvarda yerləşdirdi.
Hərbi
Qənimətlər Parkının
yaradılması nə
sizə, nə də havadarlarınıza,
müdafiəçilərinizə xoş gəlmir!
Çünki burada hər şey olduğu kimi görünür!
Hətta
manikenə çevrilmiş
sir-sifətiniz və mahiyyətiniz də!
İstədiyiniz vaxt gəlib özünüz də tamaşa edə bilərsiniz!
Yaddaşın möhkəmlənməsi üçün çox təsirli vasitədir!
Çünki arada dəmir yumruğu unudaraq qisasdan, təzə ordu qurmaqdan danışırsınız.
Elə bilirsiniz
ki, Xankəndidə əvvəlki oyunlar çıxarda biləcəksiniz?
Xam xəyalınızdır!
Azərbaycan 90-cı illərin Azərbaycanı
deyil!
Azərbaycan Ordusu ovaxtkı
silahlı dəstələr
deyil!
Rüstəm Muradov da Arkadi Volski ola bilməyəcək!
Ortalıqda Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi,
dəmir yumruğu, Rusiya Prezidenti V.Putinin mötəbər imzası və kapitulyasiya aktında Paşinyanın qolu var!
Qaçmağa yer yoxdur!
Məlum
bəyanatın şərtlərinə
əməl etmək istəməsəniz, zorla
etdirəcəyik!
Dəmir
yumruğun gücü
ilə etdirəcəyik!
Qardaş
Türkiyənin dəstəyi
ilə etdirəcəyik!
Dostlarımızdan aldığımız silahların, PUA-ların gücü ilə etdirəcəyik!
Zəngəzurdan da dəhliz açacağıq!
Nijdenin təzə heykəlini də dağıdacağıq!
Qarabağımızı yenidən tikib-quraraq cənnətə
çevirəcəyik!
Çünki Qarabağ bizimdir!
Biz isə güclüyük!
Sərkərdəmiz İlham Əliyevlə güclüyük!
Xalqımızın milli birliyi ilə güclüyük!
Qalib ordumuzla güclüyük!
Dostlarımızla güclüyük!
İqtisadiyyatımızla güclüyük!
Ədalətimizlə güclüyük!
Güclülər isə həmişə qalib gəlirlər!
Güclülərlə isə həmişə hesablaşırlar!
***
Axmaq baş sahibinə qapaz yedizdirər - demişlər.
Müharibə etdiniz, şil-küt edib qovduq!
İndi görün nə kökdəsiniz!
ABŞ Prezidenti “soyqırımı” dedi - nə olsun?
Nə torpaq olacaq, nə təzminat, boş sözdür!
Biz sizi yaltaq, yarınan millət kimi görmüşük.
Qapımızda çox nökərçilik edib, quyruq bulamısınız!
Belədə sizə də yaxşı olur!
Rahat və firavan dolanırsınız?
Ağıllanmaq vaxtıdır!
Bizi eşitmək, tabe olmaq, dediklərimizi eləmək vaxtıdır!
Onda başınız da salamat qalar, özünüz də rahat yaşayarsınız!
Nə qədər tez ağıla gəlsəniz, özünüz üçün yaxşıdır!
Heç zaman Aprel müharibəsini, 44 günün zəfərini yaddan çıxarmayın!
Yaddaşsızlıq bəla gətirər!
Bəxtiyar SADIQOV
Azərbaycan.-2021.- 5 may.- S.1;9.